“Qaravəlli” tamaşasının premyerası Sumqayıt səhnəsində böyük maraqla qarşılandı 

88 | 2025-07-07 12:35

Sumqayıt Dövlət Dram Teatrında Mədəniyyət Nazirliyinin "Öyrədərək Öyrənirəm" layihəsi çərçivəsində görkəmli yazıçı Anarın “Qaravəlli” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası baş tutdu

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, premyerada mədəniyyət və incəsənət xadimləri, şəhərin ziyalıları, şair və yazıçılar, media nümayəndələri iştirak ediblər 

 Yeni yaradıcılıq işinin quruluşçu rejissoru Abdulla, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Elay Xasiyev, ritmika Ramazan Xanlarov ,
musiqilərin ifası - "Dərviş" qrupu, tamaşanın rejissoru isə Rəvan Hüseynzadədir.

Səhnə əsərində əsas mövzu cəmiyyətdə insanların bir fağır, zəif, ehtiyaclı insanı necə linç edib, bütün problemləri ona yükləyib və sonda onu mənən, ruhən və daha sonra isə cismən yerə gömdüyündən bəhs edilir.

Yeni tamaşada obrazları əməkdar artist İzaməddin Bağırov (Əvəz Əvəzov), aktyorlar Kamran Muradlı (Yaxşı kişi, Məmməd Məmmədov, Qulam Qulamov), Şəmistan Süleymanlı (Pis kişi, Namaz Namazov) , İlham Səfərli (Kazım Kazımov), Elmir Mehdiyev (Vəli Vəliyev, Otello), Habil Xanlarov (Əhməd Əhmədov, Sadıq Sadıqov, Kamal Kamalov) , Elay Xasiyev (Abbas Abbasov, Əkbər Əkbərov, Əsgər Əsgərov), Aynur Hümmətova (Əzizə Əzizova, Gülab Gülabova) , İlahə Səfərova (Rəhimə Rəhimova, Dezdamona), Ramazan Xanlarov və Etibar Cəbiyev (Şəhər sakinləri) ifa edirlər.

  • Iyul:
  • 4

TƏQVİM / ARXİV