Qəzzada daha 26 nəfər ölüb, 113 nəfər yaralanıb

262 | 2025-04-06 18:23

Son 24 saat ərzində Qəzza sektorunda daha 26 nəfər ölüb, 113 nəfər yaralanıb.

Adalet.az-ın xəbərinə görə, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

    Bununla da İsrailin Qəzza sektorunda martın 18-də hərbi əməliyyatları bərpa etməsindən ötən dövr ərzində 1335 nəfər ölüb, 3 297 nəfər yaralanıb.

    Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 50 695, yaralıların sayı 115 338 nəfərə çatıb.

    • Aprel:
    • 4

    TƏQVİM / ARXİV