adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

RUSLAR QIRILIB QURTARIB, ÜMİD ERMƏNİLƏRƏ QALIB - Aqil ABBAS yazır

AQİL ABBAS
530 | 2022-06-30 13:39

Seyran Səxavətin «Ağdamda Qədir Rüstəmovla atüstü söhbət» yazısında, özü də qeyri-adi yazısında, jurnalistikanın  dərsliyinə salınmalı yazısında, daha dəqiq desək, müsahibəsində  çox şeylər var. Biri də odur ki,   Qədirə  sual verir ki, uşaqlara arvad qohumlarının  adını  qoymusan?

Qədir də cavab verir: «Bizimkilər qırılıb qurtarıb ki?!»

İndi deyəsən, Rusiyada ruslar qırılıb qurtarıb ona görə də ümidləri ermənilərə qalıb.  Bütün filmlərində müsbət qəhrəmanların  hamısı  ermənidi. Olsun, cəhənnəm. Hətta almanlarla  müharibədə də  ermənilər  xüsusi  rol oynayıblar.

Hər gün televiziyalarında verilən  canlı  yayımlarında  əsas  fiqurlar ermənilərdi. Başqa millətlər yox kimidi. Düzdür, Stalinin  vaxtında gürcülər önə çəkilirdi, indi onlar da yoxdu.

Deyəsən, ruslar Qədir  Rüstəmovun dediyi kimi, qırılıb qurtarıb ki, ümid simonyanlara, keosayanlara, şahnazaryanlara, nə bilim daha hansı yanlara və yaxud da zadulyanlara və daha kimlərə-kimlərə qalıb.

Hansı  kanalı  açırsan bunlardı.  Ağızlarına  gələn «kaka»ları edirlər.

Sabah ermənilər Rusiyanın çıxılmaz vəziyyətini başa düşən kimi dönüb  olacaqlar ingilis, alman, fransız. Neujeli, Rusiya bunu başa düşmür?  Ola bilməz başa düşməsin, sadəcə olaraq, Ermənistan onlar üçün bir «qandondu». Ağıllı ermənilər bunu başa düşür, amma gic ermənilər bunu  başa düşmür. Hətta Paşinyan da başa düşür ki, o da, onun xalqı da Rusiya üçün «qandondu». Yəni «qandon»un nə olduğunu bilməyənlər üçün deyirəm, birdəfəlik istifadə. Amma Ermənistan Rusiya üçün birdəfəlik yox, çoxdəfəlik  «qandondu».

Çox təəssüf ki, həm Ermənistan, həm də onun baş naziri Paşinyan bilə-bilə Rusiyanın bütün  oyunlarına gedir.

Bu yaxınlarda Rusiya kanallarında atom  fizikası ilə bağlı çox maraqlı veriliş oldu. Deyəsən, «1-ci» kanaldaydı.  Belə məlum oldu ki, Rusiyada atom fizikasının baniləri  ermənilərdi. Verilişdə danışanların hamısı da Ermənistanın keçmiş prezidenti Sərkisyan olmaqla (2018-2021) hamısı  erməniləriydi.  Yəni ya Kurçatov, ya kim  hamısı boş söhbətdi.  O boyda rus xalqını bu qədər  aşağılamaq kimə və nəyə  lazımdı? Ermənini  sevirsən sev də, amma öz xalqını  aşağılama.

 

TƏQVİM / ARXİV