Misli Premyer Liqasında XXXIII turun oyunları davam edir.
Adalet.az xəbər verir ki, ilk olaraq "Şamaxı" "Səbail"i qəbul edəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.
Ardınca isə "Sabah" "Araz-Naxçıvan"ı sınağa çəkəcək. Matçın start fiti saat 20:00-da start götürəcək.
Turnir cədvəlində "Araz-Naxçıvan" 54 xalla üçüncü, "Sabah" 40 xalla beşinci sırada yer alıb. 35 xalı olan "Şamaxı" yeddinci və 21 xala malik "Səbail" sonuncu yerdə qərarlaşıb.