"Sumqayıt" liberiyalı futbolçu transfer edib

73 | 2024-08-14 20:00

"Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Adalet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt təmsilçisi son mövsümü Özbəkistanın “Surxon Termiz” klubunda keçirmiş Liberiya millisinin üzvü Silvanus Nimeli ilə 2+1 illik müqavilə imzalayıb.

25 yaşlı hücumçu 99 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” buna qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç və Sərtan Taşkını heyətinə qatıb.

TƏQVİM / ARXİV