adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Sənin saqqalına baxanda...  - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
2031 | 2023-10-03 16:00

Günlərin  bir günündə Sədi  Şirazini  şahın hüzuruna çağrırlar. O, şahın hüzuruna gəlir və deyir:- Padişah -aləm, sağolsun, qulluğunuzdayam!

Şah  diqqətlə və zəhmlə ona baxıb əmr edir:- Mənim böyüklüyümdən, ədalətimdən və mərhəmətimdən  bir əsər yazmalısan !   Şirazi bir qədər düşündükdən sonra dilənir:- Padişah-aləm sağolsun, mən hər şeyı ürəyimin  səsilə yazıram. Amma bilmirəm, ürəyim nə deyəcək!

Şah şairin cavabından əsəbləşir və ucadan səslənir:- Bu yaramazı zindana atın, bəlkə ondan sonra ağıllana!   Onu aparıb zindana  salırlar. Zindanda bir çobanda varmış. Sədi Şirazi  görür ki, çoban ona baxıb hey ağlayır, kirimək bilmir. Çobanın göz yaşları onu da  kövrəldir.

Onun göz yaşlarına dözməyib soruşur:

- Qardaş, niyə belə ağlayırsan, yəqin  arvad- uşağın yadına düşüb?!  

Çoban göz yaşları  içində  zarıyaraq:

- Sənin saqqalına baxıram, keçim yadıma düşur, arvad-uşaq üçün yox, keçim üçün ağlayıram! Görəsən, yazıq keçim indi nağayrır?! - deyir.

 Sədi  Şirazi əllərilə başını tutur və deyir ki , belə nadanla bir yerdə qalmaqdansa,  şahın sifariş etdiyi əsəri yazım.

Şahın yanına qayıdır və deyilən  əsəri yazır. Bax  qananla-qanmazın,  şairlə- cahilin bir yerdə olması  belə  bir facıədir!

TƏQVİM / ARXİV