Elə şeylər var ki, insana qanla, köklə, genlə keçir.Və deyirlər ki, filankəsin nəsli çox qürurlu, çox mərd, çox alicənab nəsldir. Bu sözlərdə böyük həqiqət və bir səmimiyyət var. O səmimiyyət ki, biz belə insanları görürük, ancaq vaxtında dəyər verə bilmirik.Rəhmətə gedəndən sonra da, deyir ki, bəs filankəs çox mərd ,qürurlu adam idi. Sağlığında bunu o adam da görürdük ha, amma sadəcə olaraq kişiliyimiz çatıb bu sözləri ona deyə bilmirdik...
Bax belə kişilərdən biri də böyük ziyalı, böyük müəllim və ömru boyu heç kimə əyilməyən Fazil Dayandur oğlu Məhərrəmov idi. O, Fazil müəllim ki, 1952- ci ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuşdu! Halal və zəhmətkeş bir ailədə böyümüşdü. İstedadı, savadı zəhmətkeşliyi ilə həmişə başqalarından seçilmişdi.Həm orta məktəbdə, həm də qəbul olub, oxuduğu Pedaqoji Universitetin tarix fakültəsində yadda qalan bir olmuşdu.Özü də hər iki təhsil ocağında " əla" qiymətlərlə oxumuşdu.
Səmimiyyətinə, sədrliyinə görə də onu sinif və tələbə yoldaşları çox istəyirdilər... Ali məktəbi bitirib doğma kəndinə- Böyük Bəhmənliyə qayıtdı. Və kənd orta məktəbində tarixdən dərs dərs dedi. Qısa zamanda həm pedaqoji kollektivin, həm də şagirdlərin böyük sevgisini qazandı. Hətta tarix fənnini sevməyənlər bu fənni sevdirdi. Çünki öz orijinal yanaşma metodu və psixoloji hazılığı ilə ən zəif oxuyan şagirdlərin belə ürəyinə, qəlbinə yol tapdı! Ona görə də bir çox valideynlər istəyirdi ki, onların övladına tarixdən Fazil müəllim dərs desin.
İndi yüksək vəzifə tutan Fazil müəllimin bir neçə şagirdi deyir ki, o, bizim ən çox sevdiyimiz müəllim idi.Onu müəllimdən çox özümüzə ata, qardaş, dost bilirdik. Eşitdik müəllimimiz rəhmətə gedib həddindən artıq kədərləndim! Yeri Cənnət olsun! Fazil Məhərrəmov uzun müddət Böyük Bəhmənli kənd orta məktəbində tarixdən dərs dedi. Onun istedadına, savadına və ziyalılığına görə yüksək vəzifəyə- Füzuli Rayon Təhsil Şöbəsində məsul işə təyin etdilər.
Fazil müəllim burada da qısa müddətdə öz istedadını, peşəkarlığını göstərdi! Və ona göstərilən etimadı layiqincə doğrultdu! O, rayonun ictimai həyatında yaxından iştirak etdi.Öz orijinal və səmimi çıxışlari ilə hamının yaddaşında xoş izlər qoydu! 70 illiyində istədim bir yazı qələmə alım, amma təvazökarlıq edərək razılıq vermədi və mən də yazmadım. Ancaq gərək yazaydım!
Musa Yaqubun sözü olmasın "Eləmədiklərim yandırır məni..." Fazil Məhərrəmovun ölümü Füzuli rayonu üçün agır itgidir. Onun yoxluğu rayon təhsilində və el- oba arasında həmişə hiss olunacaq! Çünki heç kimin qarşısında əyilməyən belə böyük ziyalının və belə böyük müəllimin yeri hər an görünəcək! Yerin Cənnət olsun, Fazil müəllim!!!