Bu 30 illik dədə boyu müddətində Qarabağı çapdılar-taladılar. Təkcə Ağdamdan heç nə demirəm, elə 200 min tondan artıq metal apardılar. Hər evin bir dəmir darvazası, hər evin bir qaraj darvazası və on mindən çox da evin və inzibati binanın dəmir, taxta-puşları. Qəbiristanlıqlardan minlərlə mərmər başdaşı və sinədaşları söküb apardılar, eləcə də Füzulidən. Sənaye obyektlərini də daşıdılar. Meşələrimizdəki qiymətli ağacları daşıdılar.
Beləliklə, Azərbaycana 800 milyarddan çox zərər vurdular.
Onu da qeyd edim ki, Ağdam və Füzuli yerində olsaydı, bu 30 il müddətində sənayesi və kənd təsərrüfatı çalışsaydı ölkəmizin illik büdcəsi indiki kimi 34 milyard manat yox, 50 milyard manatdan artıq olardı.
Özlərinə qondarma Artsax yaratdılar, qondarma prezident seçdilər və sonda dədə boyu müddəti qurtardı. Müzəffər ordumuz Ali Baş Komandan, Möhtərəm prezident İlham Əliyevin sərkərdəliyi ilə onların 30 illik dədə boyuna 44 gündə son qoydu. Separatizmin kökünü isə 24 saata kəsdi. Bizə meydan oxuyan uydurma prezidentləri və əshabələri hazırda DTX-nın həbsxanasında onlara verəcəyimiz cəzanı gözləyirlər.
İndi 30 illik dədə boyunda heç bir qələt edə bilməyən, əlləri ABŞ-ın və Fransanın qurbağalı aşından olan Ermənistan sülh müqaviləsini uzadır. Nə qədər uzadacaq? Artıq dədə boyu vaxtı qurtarıb. Day onlara nənə boyu vaxtı da verməyəcəyik, Dəmir Yumruq boyunlarının dalındadı.
Şuşada keçirilən Qlobal Media Forumunda Cənab Prezident bir daha Ermənistana, Fransaya və bütün dünyaya mesaj verdi ki, Ermənistanın silahlandırılması erməni xalqını məhvə aparır.