İçdiyimiz çay...  

114 | 2025-01-24 17:22

İndi hansı qida məhsulun yeyirik , istər- istəməz  30- 40 bundan əvvəlki dadı- tamı vermir.

Bilirsiniz niyə? Çünki əksər qida məhsullarının və meyvələrin geni modifikasiya olunub, yəni dəyişdirilib. Bax buna görə də indiki məhsullar ekoloji cəhətdən təmiz olmamaqla yanaşı, həm də dadsızdır.  Yeni uzun illər bundan qabaq Hindistanın, Seylonun  çayın alıb içirdik və indi də alıb içirik, amma yerlə göy qədər fərqi var!  Belə ki, o çaylarında  geni belə çıxır, dəyişdirilib.

Qida üzrə ekspert Adil Namazov deyir  ki, dünyanın hər yerində  saxta məhsullar var və ona qarşı Qida Təhlükəsizliyi Qurumları mübarizə aparır. Lakin bizim ölkədə keyfiyyətsiz qidalar daha çoxdur.

Görünür, ya Qida Təhlükəsizliyi Agentliyi buna qarşı ya zəif mübarizə aparır, ya da saxta məhsullar istehsal edənlərə gücləri çatmır. Bizim ölkəmizdə də bu gün əksər çaylar içməli deyil, xüsusilə də xaricdən gətirilən çaylar. Ona görə də, bu gün əksər insanlar Lənkəranda, Astarada  yetişdirilən və istehsal olunan çaylara üstünlük verirlər. Lap düz də eləyirlər!

Emil Faiqoğlu         

TƏQVİM / ARXİV