adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Tamahkarlığın bədəli - Emin Piri yazır

Emin Piri
14441 | 2022-01-13 11:35

Son günlər bəzi məhkəmə işləri diqqətimi çəkir. Xüsusən, müharibə dövründə hərbi komissarlıqlarda işində verdiyi nöqsana görə ya həbs olunanlar, ya da digər cinayət məsuliyyətinə cəlb olunanlar.

 

Əlbəttə, həmin adamların bəxti gətirib ki, daha sivil cəmiyyətdə yaşayırlar. Yoxsa Stalin və digər hökümətlərdə bu işlərə yol versəydilər elə yerindəcə güllələnərdilər.

Əminəm ki, bu nə dövlətin siyasəti olub, nə də belə edin tapşırığı. Sadəcə bəzi işbazların əməli.

 

Ümid edirəm, bunlar araşdırılır və layiq olduqları "mərtəbə"yə qaldırılacaqlar. Bir ailənin bütün oğullarını müharibəyə aparmaq kimi. Ya da nəslin son və ya tək oğlunu. Aydındır ki, belə uyğunsuzluqlar niyə baş verib. Tamah, şəxsi mənafe önə keçəndə bu cür hallar mümkündür.

 

Həssas dönəmlər idi, demirdik...

 

İndi isə...

 

Məsələn, bizim batalyonda iki qardaş vardı. Füzuli-Xocavənd istiqamətində bu qardaşlardan biri digər qardaşın gözünün önündə yaralandı.

 

Əsgərimiz vardı, Səmədov. Yenə iki qardaş. Digər qardaşı başqa bölməylə döyüşdə idi. O da şəhid oldu.

 

Gözləyək... Tamahkarların ödəyəcəyi bədəli gözləyək.

TƏQVİM / ARXİV