Fransızca, almanca, ingiliscə, farsca, ərəbcə bilirdi.
Rəssam idi.
Türk rəssamlıq sənətinin öndə gedənlərindən idi.
Osman Hamdi bəyin tələbəsi idi.
Zonaroyla dost idi.
İbrahim Çallı, Hikmet Onat, Namık İsmail və Nazmi Ziyakimi 1914-cü illərin sənətçiləri ilə birlikdə eyni atelyedə rəsm çəkməkdən zövqalırdı.
Bu torpaqlarda qurulan ilk "Rəssamlar Cəmiyyəti”ninsədri idi.
Parisdə sərgi açdı.
"Hərəmxanada Bethoven”, "Hərəmxanada Göte” kimitabloları Vyanada nümayiş olundu.
Bu tablolar hal-hazırda Ankara Dövlət rəsm-heykəlmuzeyi ilə İstanbul rəsm-heykəl muzeyindədir.
Çılpaq modellərlə işlədi, nude rəsmlər çəkdi.
Hətta hərəmxanadakı qadınları belə hovuz ətrafındaçılpaq olaraq çəkdi.
1899-cu ildə çəkdiyi "Qadınlar həyətdə”adlı yağlı boya ilə çəkdiyi tablosu 2013-cü ildə hərracda 1 milyon 600 min lirəyə satıldı.Həmin dövrkü valyuta ilə 1 milyon dollar edirdi.
İstanbulda rəsm atelyeləri açdırdı, qabiliyyətligənclərin Avropada sənət təhsili alması üçün təqaüd verdi, Hüseyn Avni LifijinParisdə oxumasını təmin etdi.
İntellektual idi.
Dövrünün aydınları ilə dostluq əlaqələri qurardı.Abdülhak Hamit Tarhanın, Recaizade Mahmut Ekremin, Tevfik Fikretin, PierreLotinin portretlərini çəkdi.
Teatr sevdalısıidi, tamaşaların birini də qaçırmazdı.
Axşamlarınbirində "Bayquş” adlı bir tanaşaya getdi, baş rolu oynayan sənətçiyə heyranqaldı, yaşlı birini canlandırırdı, həqiqətən də yaşlı adama oxşayırdı, 24yaşında idi, o, gənc sənətçini öz köşkünə dəvət etdi, teatrdakı kimiqrimlətdirdi, yaşlı adam oxşatdı, yağlı boya ilə portretini çəkdi. Hələ məşhurolmamışdan qabaq kəşf etdiyi o gəncin adı Muhsin Ertuğrul idi.
Rəsm kimimusiqiyə də marağı var idi.
Franz Lisztin tələbəsimacar pianist Hegyei və virtuoz skripkaçı Karl Bergerlə birlikdə iş gördü.
Piano, skripka,violonçel və klavsendə ifa edərdi.
Prelüdlər,konsertlər bəstələdi.
Əski türkəlifbası ilə adının yazıldığı 1911-ci il istehsalı olan Steinway pianosu vəLucas markalı violonçeli hal-hazırda Dolmabahçe Sarayında qorunur.
Musiqikitabxanasında Bethoven, Motsart, Josef Haydn, Şuman başda olmaqla klassikmusiqinin ən vacib bəstəkarlarınınarxivi və Avropadan gətirilən not qeydləri vardı.
O dövrünİstanbulunda ən məşhur musiqi mağazasının sahibi olan Ernest Komendingerin birnömrəli müştərisi idi.
Dolmabahçe Sarayında10 min 867 kitabdan ibarət möhtəşəm kitabxanası var idi.
Bu kitabların 6min 454-ü fransızca və almanac idi.
Viktor Hüqo,Emil Zolya, Volter, Göte, Şiller kimi yazıçıları oxuyurdu.
Fransız və almanədəbiyyatına aid əsərləri sadəcə yığdığını yox, hamısını bir-bir oxuduğunubilirik. Çünki cümlələrin altından xətt çəkmiş, səhifələrin kənarlarına qeydləretmişdi.
Librairie Weiss,Gerard Freres kimi xarici nəşriyyatlardan alış-veriş edərdi.
İstanbuldakı "Kitabxaneyi-İbrahimHilmi”, "Təfəyyüz Kitabxanası”, "Vətən Mücəllidxanası” kimi nəşriyyatlardankitablar alardı.
Kitabxanasında "Usulü'l-Hikem fi Nizamü'l-Ümem" (Millətlərin Nizamı haqqında hikmət əsasları) adlı kitabı, İbrahim Mütəfərrik tərəfindənyazılmışdı,. İlk türk mətbəəsi olan İbrahim Mütəfərrik mətbəəsində çapolunmuşdu.
Dəri, atlas,məxmər, ağac, hətta mərmərlə hazırlanmış cild sənətinin nadir nümunələriniyığdı.
Kitablarlayanaşı cild halında 3 min 829 dərgisi var idi.
"L'illustration”,"Le Temps” kimi qəzetlərə abonə olmuşdu.
İdmançı idi, atçapardı, güləşərdi.
Üzməyi çoxsevərdi, ailəsiylə birgə çimərliyə gedər, çimərlik geyimi geyinərdi, dənizdəçimərkən şəklinin çəkilməsinə pis baxmazdı.
Futbollamaraqlanırdı.
Oğlu Fənərbaxçaklubunun prezidenti idi.
Qərb stilindəgeyinərdi, qalstuksuz fotosunu tapa bilməzsiniz, ayaqqabılarını Paristətikdirdi, odekalonlarını Almaniyadan gətirdərdi.
Qızı Dürrüşehvarsultan və gəlini daxil olmaqla ailəsində bütün qadınların başı açıq idi.
Həyat yoldaşınınvə qızının saçları açıq halda rəsmlərini çəkdi.
1919-cu ildə qadın dərgisi olan "İnci”yə müsahibə verdi. Qadının cəmiyyətdəkiyerinin artmasının, qadınların da kişilər kimi təhsil almasının, iş sahibiolmalarının lazım olduğunu və sənət sahəsindəki əməklərinin dəstəklənməsininvacib olduğunu dedi.
★
Abdülmecid əfəndi.
★
Axırıncı xəlifəidi.
★
TopqapıSarayının müqəddəs əmanətlər dairəsində xəlifəliyi təhvil alarkən tarixdə ilkdəfə ərəbcə yox, türkcə dua edildi.
Xəlifə olaraqilk cümə namazına Fateh məscidinə getdi, ilk dəfə türkcə xütbə oxundu.
O xütbədə İslamaləminin artıq cəhalətlə savaşmasının lazım olduğunu anlatdı.
★
Axırıncıxəlifənin atası Abdülaziz həm padşah, həm də xəlifə idi.
Atası da onun kimi musiqiçi idi, pianoçalardı, vals bəstələyərdi, operaya marağı vardı, Londonda, Vyanada, Parisdəkrallıq qala gecələrinə dəvət olunardı, izləsinlər, öyrənsinlər deyəşahzadələrini də özüylə aparardı, Vaqnerin opera binasına maddi yardım etmişdi,Beyoğlundakı Naum teatrında gedərdi, sənətçilərə bəxşişlər verərdi.
Atası da özükimi rəssam idi, öz heykəlini düzəldən ilk və tək padşah idi.
★
Axırıncı xəlifəAbdülmecid əfəndinin rəsm mövzusunda ən böyük dəstəkçisi həm padşah, həm xəlifəolan əmisi oğlu Abdülhamid idi.
Sənət əsərləriniorada rahat-rahat yaya bilməsi üçün şəxsən Abdülhamid tərəfindən Üsküdardaovçuluq köşkü hədiyyə edilmişdi.
Dilimizə uyğunlaşdıran: Eminquey