adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Təhsildə milyonlarla manatlıq abunə soyğunçuluğu - Emin Piri yazır

Emin Piri
991 | 2022-06-17 09:42

Hə, Azərbaycan təhsilində bir abunə soyğunçuluğu var ki, qəpik-qəpik görünsə də ildə milyonlarla manata çatır.

Ümumiyyətlə, müəllim hansı qəzet və jurnala abunə olduğunu belə bilmədiyi halda hər ay maaşının bir hissəsini bu abuna soyğunçuluğuna qurban verir.

Hər gün yaratdıqları, kimsəyə lazım belə olmayan jurnalların haqqı müəllimlərin cibində çatlayır.

Lap olsun, əla jurnal, qəzetdi, axı niyə onsuz da bərbad olan maaşlarını bu mediaya məcbur verməlidirlər?

Məcbur?-Əsla, könüllüdür-deyəcəklər. Amma bu könüllülük peyvənd kimidir. Könüllüsən abunəyə, amma verməyə məcbursan. Verməsən, hansısa yazıq kənd direktorunun boğazından yapışacaqlar ki, müəllimin vermir, sən özün ver. Sən də baxırsan ki, direktoru sənlə şantaj edəcəklər, onun da balasını düşünüb verirsən.

Yaxşı, bildim, abunə olaq. Amma mənə lazım olmayan yazılara, mənə, Azərbaycan təhsilinə xeyri olmayan bir mətbuata niyə verim?

Deyim ki, köşələrimin çap olduğu "Ədalət"di, şeirimin çap olduğu "Ədəbiyyat qəzeti"dir, ya "525"dir? Qəzet adlarını misalçün sadaladım.

Axı, hansısa qəzetdə qaziləri düzüb əllərinə verilən 3-4kq-lıq düyü çantalarını dərc edən mətbuata niyə məcbur abunə ödəyim?

Hesablamışam, müharibə veteranı pulumun bir neçə aylığı qədər bu qəzetlərə pulum çıxıb.

İndi balaca yerləri çıxdıq, daha böyük olan şəhərlərdə, regionlarda -Abşeron, Bakı, Sumqayıt, Gəncə və.s kimi yerlərdə müəllimlərdən ildə milyonlarla manat pul yığılır bu abunələrə.

Təsəvvür edirsiniz, milyonlarla manat.

Sonra vallah, müəllim nəinki əyləncə mərkəzində, lap elə klubda rəqs edib sinəsinə pul salınmasını gözləyəcək.

İnsaf ya, heç olmasa regional müdirlər qəzet pullarını özləri versinlər. Kasıblamazlar.

Hə, sentyabrdan mövsümü başlayacaq. Bu dəfə necə olacaq?

Necə olacağını məndən daha yaxşı bilirsiniz.

Təhsil Nazirliyi bu məsələyə aydınlıq gətirsə yaxşı olar.

Yəqin deyəcəklər könüllüdür, peyvənd kimi...

TƏQVİM / ARXİV