Tramp ABŞ ilə razılaşmayan ölkələr üçün rüsumların həcmini AÇIQLADI

148 | 2025-07-28 19:40

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla hər hansı səbəbdən ticarət sazişi bağlamayan ölkələr üçün 15-20 % səviyyəsində rüsumlar təyin etməyi planlaşdırdığını bildirib.

Adalet.az xəbər verir ki, bu barədə o, Şotlandiyaya səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Deyərdim ki, bu, 15-20 % aralığında bir yerdə olacaq. Bəlkə 15, bəlkə də 20... Mən sadəcə nəzakətli olmaq istəyirəm. Amma bəli, bu diapazonda bir yerdə olacaq”, - o deyib.

TƏQVİM / ARXİV