Türk Hava Yolları və “EgyptAir” hava yolu şirkətləri təhlükəsizliklə əlaqədar olaraq Somali paytaxtına uçuşları müvəqqəti dayandırıb.
Adalet.az xəbər verir ki, bu barədə Somali xüsusi xidmət orqanlarındakı mənbə məlumat verib.
Qeyd edək ki, aprelin 6-da səhər saatlarında Moqadişodakı “Aden Adde” beynəlxalq hava limanı minaatanlardan atəşə tutulub.
Məlumata görə, uçuş-enmə zolağında iki mərminin partlaması hava limanının fəaliyyətinin dayandırılmasına səbəb olub.