Türkiyənin yeni səfiri: Azərbaycanla əməkdaşlığın hər sahədə inkişafına davam edəcəyik

197 | 2025-01-13 21:50

“Bu şərəfli vəzifəmizi yerinə yetirəcəyimiz müddətdə Türkiyə ilə Azərbaycanın əməkdaşlığının, dostluğunun və müttəfiqliyinin hər bir sahədə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişafını davam etdirəcəyik”.

Adalet.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgün “X” səhifəsində yazıb.

O, həmçinin yeni təyinatı münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və xarici işlər naziri Hakan Fidana təşəkkür edib.

Qeyd edək ki, B.Akgün yanvarın 11-də Azərbaycana yeni səfir təyin olunub. O, fevralda vəzifəsinin icrasına başlayacaq.

Bundan əvvəl diplomat Türkiyə Maarif Fondunun sədri olub.

TƏQVİM / ARXİV