Ukrayna dronları rusların qorxulu yuxusuna çevrilir - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1217 | 2023-08-30 12:36

Rusiyanın müdafiə nazirliyi və yerli hakimiyyət bildirir ki, Ukrayna hərbi qüvvələri 30 avqust gecəsi, Mockva, Pskov, Ryazan, Kaluqa, Bryansk və Orlov vilayətlərinə, həmçinin Sevastopola dron hücumları həyata keçirib.

Pskovda dron hücumları zamanı FHN-nin İl-76 yük təyyarəsi yanıb, 4 təyyarə zədələnib. Şahidlərin dediyinə görə, aereporta hücumda 20-yə yaxın dron iştirak edib. "Rusiya ilə birlikdə" hərəkatının sədri Vladimir Roqov bildirib ki, hava hücumundan müdafiə sistemləri dronları məhv etməyə çalışıb.

Hadisə baş verdikdən sonra, Pskov Vilayətinin qubernatoru Mixail Vedernikov Pskov hava limanından bütün uçuşların dayandırıldığını bəyan edib.

Moskva şəhərinin meri Sergey Sobyanin bildirib ki, paytaxta tərəf uçan dron Ruzsk rayonu ətrafında zərərsizləşdirilib. Dronların hücumu ilə bağlı paytaxtın hava limanlarında 40-a yaxın təyyarənin havaya qalxmasına icazə verilməyib.

Liman şəhəri Sevastonol da zərbələrə məruz qalıb. Şəhər rəhbəri Mixail Razvojayev bildirib ki, sualtı qayıqlara qarşı diversion qruplar, dənizdən dron hücumlarının aarşısını almağa müvəffəq olublar.

Rusiyanın müdafiə nazirliyi, Bryansk vilayətində təyyarə tipli dronların hücumlarının qarşısı alımıb.

Səhər saat 8:19-da iki pilotsuz uçuş aparatı teleqülləyə hücum etməyə cəhd edib.

Görünən odur ki, Rusiya-Ukrayna müharibəsi təkcə Ukrayna ərazilərində deyil, həmçinin Rusiya ərazilərinə də keçir. Ukraynanın pilotsuz uçuş aparatlarının qəfil hücumları rusların qorxulu yuxularına çevrilir. Rusiya vətəndaşları çaşqınlıq və təlaş içərisindədirlər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov baş verən dron hücumları ilə əlaqədar bəyan edib ki, bu hücumların qarşıslnın alınması üçün Ukraynaya qarşı aparılan "xüsusi əməliyyat" (əslində müharibə...) sinadək davam etdiriləcək.

Son isə görünmür, bir neçə günə Kiyevdə Rusiya bayrağının dalğalanacağını bəyan edən rus hərbi geniraliteti, il yarımdı heç nə əldə edə bilməyib və bundan sonra da nəsə əldə edəcəyi inandırıcı görünmür.

 

 

TƏQVİM / ARXİV