Ukrayna ortalıqda qalıb... -Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
961 | 2024-09-24 10:07

ABŞ və Qərb Ukraynanı dibi görünməyən quyuya salıb, indi də çıxara bilmirlər. Daha doğrusu özlərini elə aparırlar ki, guya onları bu quyudan yarımcan da olsa çıxarmağa çalışırlar. Əslində isə, ardı kəsilmədən həm maddi, həm siyasi, həm də hərbi "dəstək" verməklə, Ukraynanı çıxılmaz vəziyyətə salırlar.

Qonşularının düşdüyü durumu anlayan bir çox Avropa dövlətləri indidən öz günlərini ağlayırlar. Çünki növbəti qurban olmaq ehtimalları günü-gündən artır. Onlar da Ukraynanın gününə düşməmək üçün ara-sıra alçaldıcı təkliflərlə Kiyev rəhbərliyinə "məsləhətlər" verməyə çalışırlar.

Çexiyanın prezidenti Petr Pavel, The New York Times mətbu orqanına verdiyi müsahibədə bəyan edib ki, Ukraynnın hakim qüvvələri, Rusiya ilə müharibədə itirdikləri ərazilərə barışmalıdırlar. Yəni Putin Rusiyadı qarşısında ağ bayraq qaldıraraq təslim olmalıdırlar: "Ukrayna daha realist olmalıdır. Rusiya ilə münaqişənin sonlarırılması üçün ən düzgün variant, bir sıra ərazilərin itirilməsiylə barışmaqdır"-deyə Çexiyanın prezidenti bəyan edib.

Çexiya prezidenti özü də yaxşı bilir ki, Ukrayna ABŞ- ın maraqları xatirinə  bu müharibədə qurbanlıq qoyun kimi "qumara" qoyulub və heç bir halda Birləşmiş Ştatlar, Kiyevin Pavelin təklifləri ilə razılaşmasına imkan verməz. Çünki, bu Vaşinqtonun planlarına uyğun deyil.

Görünən isə odur ki, Ukrayna NATO dövlətləri tərəfindən göstərilən hərbi, maliyyə və informasiya yardımlarına rəğmən, iki il yarımdan artıqdır davam edən müharibədə itirdikləri və artıq Rusiyanın öz ərazilərinə qatdığı ərazilərini qaytarmaq iqtidarında deyil. 

Geriyə isə yol bağlıdır. "Sem dayı" əlində zopa Zelenskinin başının üstünü qara buludlar kimi kəsdirib. Yüz milyardlarla dolların qarşılığı verilməlidir axı...

 

TƏQVİM / ARXİV