Xocalının Ballıca kəndinə növbəti köç yola salındı

119 | 2025-03-14 12:06

Xocalı rayonunun Ballıca kəndinə növbəti köç yola salınıb.

Adalet.az xəbər verir ki, Ballıca kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 24 ailə (98 nəfər) köçürülür.

Qeyd edək ki, bununla Ballıcaya köçürülən ailələrin sayı 136-ya (660 nəfər) çatacaq.

TƏQVİM / ARXİV