adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Yoxdursa, onda Trampda yoxdur - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
325 | 2024-04-08 11:31

 "Respublikaçı Ukrayna münaqişəsini həll edə bilməz"

Amerikan ekspertlərin fikirincə, eks prezident Donald Tramp dəfələrlə prezident seçilərsə, 24 saat ərzində döyüşləri dayandıracağı barədə verdiyi bəyənatlara baxmayaraq, prezident seçkilərində qalib gəlsə belə Ukrayna münaqişəsini həll edə bilməyəcək. Çünki ABŞ -da siyasi sistem elə qurulub ki, təkbaşına buna nail olmaq mümkünsüzdür.

Tramp dəfələrlə qeyd edib ki, Rusiya lideri Vladimir Putini yaxşı tanıyır, Ukrayna prezidenti Vladimir Zelenskinini də həmçinin.  Eks-prezident əmindir ki, münaqişənin həlli üçün Kiyev işğal olunmuş ərazilərini qurban verməlidir. (Yəni göründüyü kimi, Ukrayna xalqının razılığına ehtiyac duyulmur) Lakin seçkilər yaxınlaşdıqca, Trampın çıxışlarlnda bu məsələyə daha az diqqət yetirdyini müşahidə etmək olar. Bu çıxışlarda daha çox hazırki prezident Co Baydenin tənqidlərinə yer verilir.

Vaşinqtonun  beynəlxalq əlaqələr və tarix universitetinin fəxri professoru Filip Brenner hesab edir ki, "Tramp beynəkxalq əlaqələrdən bixəbərdir. Ona görə də onun bunu edərəm, bunu etmək istəyirəm kimi verdiyi bəyənatlar fantaziyadan başqa bir şey deyil.  Əgər Tramp ABŞ-ın Ukraynaya dəstək göstərilməsinin qarşısını almağı bacarsa belə, münaqişənin dayandırılmasına son qoya bilməz". Çünki müharibənin davam etdirilməsində maraqlı olan daha böyük güclər var.

Bayden administrasiyasının Ukrayna ilə bağlı apardığı siyasətin iflasa uğraması, Trampa yalnız müvəqqəti olaraq bu münaqişəni həll edə biləcəyi ilə bağlı qətiyyət göstərməyə imkan yaradır. Mərkəzi kəşfiyyat idarəsinin eks rəhbəri Corc Bib bildirir ki, Bayden döyüş meydanlarında vəziyyətin Moskvanın xeyrinə dəyişməsi ilə bağlı seçkilər ərəfəsində Ukrayna məsələsinə fasilə verməyi qərara alıb. Tramp da sadəcə olaraq bundan istifadə etməyə çalışır.

Hazırda problemin həllində gərginlik yaranması, ABŞ konqressini  xarici təhlükələrlə mübarizə məqsədiylə- Ukrayna və Tayvana yardım vəsaiti ayırmaq məcburiyyəti qarşısında qoyur. Lakin buna da asanlıqla nail olmaq mümkün olmayacaq. Çünki respublikaçılar sadəcə olaraq bunun demokratların qələbəsi kimi qəbul olunacağından çəkinərək, buna mane olmağa çalışacaqlar.
  
Respublikaçılar partiyası, fikirləri yayındırmaq üçün hazırda Meksika ilə sərhədlərin gücləndirilməsinə maliyə ayrılmasını və miqrasiya qanunvericiliyinə yenidən baxılmasını tələb edirlər. Ümumiyyətlə hər iki partiyanın nümayəndələri  əvvəlcədən uğursuzluqla qarşılacaq tələblər irəli sürürlər. 

Ekspertlərin fikirincə, noyabr seçkilərindən sonra da, eyni vəziyyəylə qarşılaşacaqlar. Çünki respublikaçıların nümayəndələr palatasında, demokratların isə senatda çoxluq təşkil edə biləcəkləri şansları  yüksəkdir. Belə olan halda, hətta Tramp yenidən prezident seçilərsə yenə də mühüm qərarların həyata keçirilməsi məsələsində  problemlərlə üzləşəcək. 

Beləliklə, Trampın əminliklə, "Prezident seçilsəm Ukrayna məsələsini 24 saata həll edəcəm" bəyanatları boş qazan qapağının çıxardığı səsdən fərqli bir şey deyil.

TƏQVİM / ARXİV