Yoxsulluq, vətəndaş müharibəsi: Aİİ-dən çıxacağı təqdirdə Ermənistanı nə gözləyir

95 | 2025-01-10 21:48

Yanvarın 9-da Ermənistan Nazirlər Kabineti Avropa İttifaqına (Aİ) qoşulma prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləyərək parlamentə göndərib.

Hökumətin iclasında çıxış edən ölkənin xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, bu sənədin hazırlanmasının əsasında son illər Aİ ilə əlaqələrin dinamik və intensiv inkişafı dayanır. Onun sözlərinə görə, Aİ dəfələrlə Ermənistan hökumətinə siyasi dəstəyini ifadə edib və həmçinin Azərbaycanla sərhəddə yerləşdirilən Aİ monitorinq missiyasına istinad edərək regionda təhlükəsizliyin təmin olunmasında iştirak edib.

Adalet.az xəbər verir ki, bu barədə "NEWS.ru”da dərc olunan “ Yoxsulluq, vətəndaş müharibəsi: Aİİ-dən çıxacağı təqdirdə Ermənistanı nə gözləyir?” sərlövhəli məqalədə qeyd olunub.

“Ölkənin xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, bu sənədin hazırlanmasının əsasında rəsmi İrəvanın son illər Aİ ilə əlaqələrin dinamik və intensiv inkişafı ilə əlaqədar qəbul edilib. Onun sözlərinə görə, Aİ dəfələrlə Ermənistan hökumətinə siyasi dəstəyini ifadə edib və həmçinin Azərbaycanla sərhəddə yerləşdirilən Aİ monitorinq missiyasına istinad edərək regionda təhlükəsizliyin təmin olunmasında” iştirak edib. Baş nazir Nikol Paşinyan isə öz növbəsində qeyd edib ki, əsas məqsəd Ermənistanın Aİ ilə yaxınlaşma üzrə əməli işə hazır olduğunu göstərməkdir. Göründüyü kimi, bəyanatlarının əsassız olmadığını nümayiş etdirmək əzmində olan Ermənistanın baş naziri elə həmin gün İrəvanda Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüş keçirib. Yanvarın 9-da Rusiya hökumətinin baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistan hakimiyyətinin Aİ-yə qoşulma prosesinə başlamaq qərarı “Titanik”ə bilet almağa bərabərdir. O, qeyd edib ki, İrəvan Avropa İqtisadi İttifaqından (Aİİ) çıxacağı təqdirdə çox şey itirəcək. Çünki o, Rusiyanın və ittifaqın digər üzvlərinin bazarına sərbəst çıxış imkanlarını itirəcək və bu, ciddi iqtisadi böhrana səbəb ola bilər”, - məqalədə bildirilib.

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Andrey Klimov "NEWS.ru"ya bildirib ki, Ermənistan Aİ-yə daxil olsa, onda MDB-dən çıxmalı olacaq.

Kremlin sözçüsü Dmitri Peskov Ermənistanın Aİ-yə daxil olmasının onun suveren hüququ olduğunu deyib, lakin əlavə edib ki, eyni zamanda həm Aİ, həm də Aİİ üzvü olmaq mümkün deyil. “İki fərqli təşkilatın üzvü olmaq, hipotetik olaraq, sadəcə mümkün deyil. Burada bir gömrük sahəsi var, mal və xidmətlərin, insanların və kapitalın sərbəst hərəkəti zonası, müxtəlif normalar var”, - Peskov deyib.

“Vahid Rusiya” fraksiyasının üzvü, Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodoletskinin sözlərinə görə, Aİİ sayəsində Ermənistan bu illər ərzində iqtisadiyyatını 15-17 % artıra bilib: “Ermənistan rəsmiləri dərk etməlidirlər ki, Aİ Aİİ-nin hazırda təklif etdiyi imkanları təmin etməyəcək. Təbii ki, iqtisadiyyat dağılacaq, insanlar yoxsullaşacaq, iğtişaşlar başlayacaq, vətəndaş müharibəsi baş verəcək. İnsanların yeməyə heç nələri olmayacaq və əhalinin axını, ilk növbədə, təbii ki, Ermənistan vətəndaşlarının ən çox yaşadığı ölkələrə - Rusiyaya olacaq”.

Maliyyə Analitikləri və Risk Menecerləri Gildiyasının Müşahidə Şurasının üzvü, iqtisadçı Aleksandr Razuvaev isə "NEWS.ru"ya bildirib ki, Aİ-yə daxil olandan sonra Ermənistan ümumiyyətlə dövlət kimi yaşaya bilməz. Onun fikrincə, respublikanın sağ qalması üçün yeganə şans Rusiya ilə yaxşı münasibətlər saxlamaqdır./report

TƏQVİM / ARXİV