Zalımın uşaqları zındıqlarıq...

EMİNQUEY AKİF
14398 | 2021-12-06 15:28

TV-lərin birinə cavan bir oğlan çıxıb. 

 

Uşaq evində böyüyüb. Ailəlidir. Gündə iki növbə səhər saat 8-dən 5-ə, 5-dən gecə 2-yə. Dönər çatdırmada. Motosiklla. Günlərin bir günü yolda qəfil mürgüləyib kamaza girir və ayaqları zədələnir. İşin bura qədəri taledir, qədərdir. Ölkənin qlobal problemi quldar əmək münasibətləri. Günün 18 saatını işlə, özü də iki işdə, müqabilində ikisi bir yerdə 700-800 maaş qazan. Ömrünü motosiklda ucuza ora çap, bura çap. Kimin üçün? Ailən üçün. Nəticə? Məsələ də budur. 

 

Taleyin uşaq evi cəzası, ağır iş rejimi, ailənin qəzadan sonra bu oğlandan imtina etməsi. 

 

Sadəcə dəhşətdir. 

 

Lap elə faciədir. 

 

İnsanlıq faciəsi. 

 

Yüzlərlə böyük zalımlar minlərlə kiçik zalımlar yetişdirirlər. Ya zəlzələdən, ya da vəlvələdən. Hamımız böyük tikənin boğazımızda qalıb bizi boğub öldürəcəyini düşünürük. Amma adicə tıxdan belə boğulub ölmək olur. 

 

Bax o tıxlar necə təmizlənəcək?

 

Heç cür...

 

Nəyiksə, oyuq.

 

Nəyə layiqiksə, onu da yeyirik. 

 

Zalımın uşaqları zındıqlarıq.

 

 

Eminquey

TƏQVİM / ARXİV