Rusiya lideri Vladimir Putin olmadan İstanbuldakı danışıqlarda iştirakımın mənası yoxdur.
Adalet.az-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
"Mənim iştirakımın mənası yoxdur. Putin gəlməyib, gəlib-gəlməyəcəyini isə bilmirik. Prezident Tramp da müəyyən mesaj verib, ola bilsin ki, gələcək. İstənilən halda hələ dəqiq qərar yoxdur", - o vurğulayıb.