Binanın həyətinə tökülən adamları görən Əli Kərimli aşağı baxa-baxa köməkçisinə deyir:
- Olmaya zaman yetişib?
- Bəli, Əli bəy, deyəsən.
- Bu gedişlə izdiham böyüyəcək.
- Elədir, bəy, ehtimal böyükdür.
- Bu ölkənin silkələnməsi deməkdir. Başa düşürsən də?!
- Əlbəttə, başa düşürəm, Nəinki ölkə, bütün region.
- Vaxtdır, aşağı düşmək lazımdır, xalq məni gözləyir.
- Sizi?
- Hə, başqa kimi gözləyəcək? Axır ki çağırışıma inanıb çıxıblar küçələrə, onların qarşısına çıxmaq lazımdır.
- Bəy, nə çağırış? Bugün çıxış etməmisiniz axı?! İnternetinizi kəsiblər.
- Başa düşmədim, bəs bu camaat niyə həyətə yığılıb?
- Bəy, az əvvəl zəlzələ oldu yüngülvari. Camaat da qorxub, düşüb həyətə. Gözləyirlər ki, Qurban Yetirmişli açıqlama versin.
- Haaaa... Əhhh... Bunu bayaqdan niyə demirsən? Mən də sevinmişdim ki, inqilab başlayır.