Kitablar, rəylər

VAQİF YUSİFLİ
24413 | 2019-05-17 18:02

Tənqiçinin düşüncələri

Filologiya elmləri namizədi Rasim Nəbioğlu «Mədəniyyət. İncəsənət. Ədəbiyyat» (I kitab) məqalələr toplusunu («Avropa» nəşriyyatı, 2017) nəşr etdirib. Uzun illərdir Rasimi tanıyıram, hal-hazırda N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisidir. Bu kitabda Rasim Nəbioğlunun müxtəlif illərdə yazdıfğı məqalələri toplanıb. 1972-ci ildə, 46 il bundan əvvəl Rasim Xarici Dillər institutunun tələbəsiydi. Elə ilk məqalələrindən birini də («Mahiyyət, Təzahür») həmin ildə yazıb. «Bilik» qəzetində çar etdimrmişdi. Sonralar o. ardıcıl olaraq ədəbi dərgilərdə çap olunmağa başladı, hətta məqalələrinin sorağı İrandan, Türkiyədən gəldi. İndi Rasim Nəbioğlu müasir ədəbiyyatşünaslıqda tanınan şəxslərdən biridir.

Kitabın adı da təsadüfi seçilməyib. Rasim Nəbioğlu mədiniyyətin, incəsənətin, ədəbiyyatın müxtəlif problemlərindən, bu sahələrdə çalışan şairlərin, nasirlərin, tənqidçi və ədəbiyyatşünasların, mədəniyyət xadimlərinin həyat və yaradıcılığından, onların dəyərli əsərlərindən söz açır.
O, ilk növbədə, nəzəriyyəçi alimdir, elə Ədəbiyyat İnstitutunda da «Ədəbiyyat nəzəriyyəsi» şöbəsində çalışır.

Ədəbiyyat nəzəriyyəsi müstəqil bir elmdir, ədəbiyyat tarixi də, tənqid və ədəbiyyatşünaslıq da bu elmdən qidalanır. Ədəbiyyat nəzəriyyəsinin elə problemləri var ki, onlar həmişə gündəmdədir, ədəbiyyatın hər mərhəsində nəzəri fikirlərin təzələnməsinə ehtiyac duyulur. Rasim də bunu yaxşı bilir, o da məlum məsələlərə yenidən qayıdır, amma çalışır ki. təzə söz desin. Məsələn, «Azərbaycan ədəbiyyatında estetik ideal», «Şəhriyarın estetik idealı», «Mədəniyyət və incəsənət: fəlsəfi-kulturoloji təhlil», «Orta əsrlərdə mədəniyyət fəlsəfəsinin əsas xüsusiyyətləri» adlı məqalələrində Rasim Nəbioğlu sırf nəzəriyyəçi-alimdir. Təbii ki, hər bir ədəbiyyat nəzəriyyəçisinin yazılarında fəlsəfə elmindən gələn müddəalar da öz əksini tapır. Və bu cəhət Rasimin yazılarında da öz əksini tapır.. Rasim dünya filosoflarının əsərlərinə yaxşı bələddir, məqalələrində də tez-tez onlara istinad edir. Məsələn, «Azərbaycan ədəbiyyatında estetik ideal» məqaləsi belə başlayır: «İdeal-insanın, sosial qrupların, xalqların davranış üsulunu və xarakterini müəyyənləşdirən nümunə və normadır. İ.Kanta görə, daxili məqsədi olmayan hadisələrin idealı yoxdur. İdeal Hegel fəlsəfəsinin və estetikasının əsas kateqoriyalarından biridir». Bundan sonra o, əsil mətləbə keçir, estetik idealın Azərbaycan fəlsəfi və elmi-nəzəri fikrində, ən əsası isə bizim çoxəsrlik ədəbiyyatımızda necə təzahür etdiyini açıqlayır. Yazır ki, sənətkarın estetik idealı onun bu və ya digər əsərində, məyyən bir qəhrəmanında konsentrik şəkildə təcəssüm oluna da bilər, bütün yaradıcılığında səpələnmiş halda da əks olkna bilər. O, Nizaminin, Füzulinin. Mirzə Fətəli Axundzadənin , H.Cavidin estetik idealı xüsusunda əsaslı elmi fikirlərini söyləyir. Xüsusən, Cavidin yaradıcılığı üzəndə daha çox dayanır, onun əsərlərində estetik idealın bədii təcəssümündən söz açır, Cavidin gözəllik və məhəbbət anlayışları ilə bağlı ümumiləşdirmələr aparır.
Rasimin mədəniyyət və incəsənətlə bağlı nəzəri fikirləri də maraqlıdır. O, mədəniyyəti-cəmiyyət və insanın inkişafının tarixən formalaşmış müəyyən səviyyəsi kimi dərk edir, Şərq və Qərb fəlsəfəsində mədəniyyət anlayışlarının kökünə və fərqinə varır.

Rasim Nəbioğlu ədəbiyyatşünaslığın müxtəlif problemləri ilə bağlı məqalələrin də müəllifidir. Bir ədəbiyyatşünas kimi o, klassik ədəbiyyatdan da yazır, müasir ədəbiyyatdan da. Amma daha çox müasir ədəbiyyata meyl edir və bu məqamda onun ədəbiyyatşünaslığı ilə tənqidçiliyi vəhdət təşkil edir. Amma elə yazıları var ki, o yazılarda Rasim sırf ədəbiyyatşünasdır, ya da tənqidçidir.Məsələn, «Hüseyn Cavid yaradıcılığında psixologizm»», «Özünüdərkin yeni pilləsi», «Borçalı aşıq mühiti», «Azadə xanım Rüstəmovanın tədqiqatlarında fəlsəfi-dini və psixoloji təhlil», «Rəhim Əliyevin ədəbi-tənqidi və pubdisistik yaradıcılığı», həmçinin «tənqidimizin vicdanı» sayılan görkəmli tənqidçi-akademik Məmməd Arifə həsr etdiyi «Klassika və müasirliyin ədəbi-elmi qovşağında» məqalərini misal gətirmək olar.
Rasim Nəbioğlu ədəbi-tənqidi və elmi-nəzəri yazılarının janrları da müxtəlifdir. O, essee janrına tez-tez müraciət edir. Məlumdur ki, essee janrı müəllifdən ədəbi-fəlsəfi mühakimələrini daha çox emosional tərzdə ifadə etməyiylə çeçilir. Rasimin «Füzuli lirikasında kamillik idealı», «İnsanın dəyəri», «Ədəbiyyat ömürlü qəhrəmanlar» və s. yazıları müasir essee janrının maraqlı nümunələridir. Bu esselərdən biri («İnsanın dəyəri» Xalq yazıçısı Sabir Əhmədlinin «Qanköçürmə stansiyası» povestinə həsr edilmişdir. Məqalə bu suallarla başlayır ki: «İnsanın dəyəri nədir? Niyə insan bizim uçün bu qədər qiymətlidir? Bütün insanların dəyəri eynidirmi?» Esse bu vacib suallara mətn boyu cavab verir. «Əgər insanın əsli-nəcabəti, eşqi, məhəbbəti, əxlaqı. Həyat tərzi onun damarlarından axan qan ilə həmahəngdirsə, niyə insanın qanı təmiz olmasın? İnsanın mənəvi paklığı, qəlb saflığı, daxili gözəlliyi ürəyin vurduğu qandan qidalanmırmı? «Eşq elə qan deməkdi. İstək qandan çağlayar». Çünki həyat gözəldir, bütün canlılar, həmçinin, insan da yaşamaq istəyir» hüsənin gəldiyi qənaət belədtir»
Rasim Nəbioğlunun bir qisim üyazıları ədəbi portret səpgisindəqələmə alınıb. Ədəbi portret də tənqidin populyar janrlarından biridir. Burada hər hansı ədəbi şəxsiyyətin həyatı, tərcümeyi-halından tutiuş, yaradıcılıq dünyasına qədər maraqlı fikirlər söylənilir. Məni Rasim Nəbirğlunun ədəbi portretləri içəsində üç ən fərqlisi daha çox cəlb etdi. Birinci- Xalq şairi, unudulmaz Cabir Novruza həsr olunan ədəbi portret. Rasim Cabir Noruz poeziyasını duyur və duyduğu üün də bu gözəl şairin obrazını canlandırmağa muvəffəq olur. Yazır ki, Azərbaycan ədəbiyyatında Nizami, Nəsimi, Füzkli , Vaqif, Sabir kimi sənət korifeylərindən sonra, insan haqqında poeziya dili ilə danışmaq, onu vəsf etmək çox çətindir. Lakin əsil poetik talanta. Düzgün sənətkar mövqeyinə malik şair üçün bu, heç də çətin deyil. Cabir Novruz da məhz belə sənətkar idi. Onun poeziyaksında İnsan və Zaman, İnsan və Dünya bütün ideya-estetik gövhəri ilə canlandırılırdı. Müəllif yazır: «Cabir Novruzun poetik istedadı dünyanı və insanı bütün rəngarəngliyi və ziddiyyətləri ilə duymağa, qavramağa və dərk etməyə qadirdir. Şairin lirik «mən»inə dünya üzdən görünür, içəridən necədir? Fikrilə hər şeyin mahiyyətinə varmağa, içinə, cövhərinə bələd olmağa səy göstərir. Onun yaradıcılığını biz tez-tez təmizlik, mərdlik, yaxşılıq, düzlük, bütövlük və s. buk imi fəlsəfi-etik anlayışlarla izləyirik». İkinci belə maraqlı ədəbi portret Fikrət Sadığa həsr edilib. O, Fikrət Sadığı Azərbaycan poeziyasında heç kimə bənzəri olmayan bir şair kimi qiymət verir. «Hər bir insan öz zatında, cövhərində olan şeyə can atır. Fikrət Sadığın da poetik «mən»indəki işıq, nur onu məhz belə bir yöla, axtarışa yönəldir, təhrik və sövq edir. Bu işıq şairin estetik amalıdır». Üçüncü ədəbi portretin qəhrəmanı isə Xalq şairi Sabir Rüstəmxanlıdır. O, Sabir Rüstəmxanlını əsil milli şair hesab edir, çünki S.Rüstəmxanlı bütün yaradıcılığı boyu Azərbaycançılıq ideyalarını təbliğ etmişdir.

Rasim Nəbioğlu həm də resenziyaçıdır- bu resenziyalarda əsasən yeni çıxan poeziya, nəsr, tənqid və ədəbiyyatşünaslıq kitabları təhlil olunur. O, ənənəvi və şablon resenziyaçılıqdan qaçır, çalışır ki, haqqında söz açdığı kitabın obyektiv təhlilini versin. Əgər bu kitab ədəbiyyatda və elm aləmində təzəliyi ilə seçilirsə, bu təzəliyin mahiyyəti açıqlanmalıdır. Deyim ki, Namiq Abdullayevin «Gecələr uzanaydı», Rüfət Zəbioğlunun «Sirrim, möcüzəm mənim», Ələkbərn Salahzadənin «Xatirə çiçəyi» kitabları haqqında yazılan resenziyalar məhz şairi, söz adamını bir kitab vasitəsilə daha yaxşı duymağabəs edir. Namiq Abdullayev fantastik janrda əsərlər yazırdı, özü də çox gözəl yazırdı, amma onun öz şəxsi həyatı-laübalı həyatı imkan vermədi ki, çox yaşasın, yeni əsərlər ortaya qoysun. Rasimin onun yazıları barədə təhlilləri də göstərir ki. Namiq Abdullayev əsil fantast yazıçı idi. Rüfət Zəbioğluya gəldikdə isə o da istedadlı satirik şair kimi elə sağlığında məşhur idi-şeirimizdə Sabir ənənələrin ən irəlici davamçılarından biri idim. Onun pul haqqında qələmə aldığı şeiri indii də dillər əzbəridir:

Nədi pul? Mülk, maşın, tazə kəsilmiş əl əti,
Sənə pul göstərərəm Yalta bilərsən Ələti.
Pula qeyrət deyənin zərrəcə yoxdur qələti,
Mənə pulsuz demə insan, kişi, insan budu, bu.

Amma Rüfət Zəbioğlu həm də lirik şair idi və Rasim də onun lirik şeirlərini də yaxşıca təhlil edir.
Mən Rasim Nəbioğlunu həm də tənqidçi kimi təqdim etmək istəyirəm. Doğrudur, o, indii daha tənqidi məqalələr yazmır. Amma vaxtilə onun bir sıra cəsarətli tənqidi məqalələri ilə rastlaşmışam. Səksəninci illərdə qələmə aldığı «Avrodita, Erot və …Apatiya» məqaləsi səksəninci illərdə ədəbiyyata gələn gənc şairlərin yaradıcılığında məhəbbət lirikasına həsr edilmişdir. «Dünya poeziya nəhri və onun məhəbbət lirikası adlanan qolu! Azərbaycan şeirində bu qolun çoxəsrlik tarixi kökləri vardır»-buü ümumi mülavhizədən sonra müəllif Azərbaycan poeziyasında məhəbbət lirikasına müraciət edir, Füzulidən başlanan ənənənin neçə əsr davam etdiyindən söz açır, sonra isə gənclərin yaradıcılığına keçir. Saday Şəkərlinin, Maarif Soltanın, Cavanşir Eloğlunun, Telman Nəzərlinin, Rasətin şeirləri üzərində dayanır, onları daha çox tənqid edir, sevgi haqqında yazılarında sevgisizlik mhallarınından söz açır. )Xatırladm ki, bu müəlliflər səksəninci illərin cavanlarıydı, indii onlar əlli-altmış yaşlarındadırlar). Rasimin bu mövzuda başqa bir yazısı da olub-«Yaşıllanan, çiçəklənən budaqlar»-bu yazıda da bir tənqidçi kimi düzü, düz əyrini əyri göstərməyə səy edir. Mən 80-ci illərdə cavan, istedadlı bir şair tanıyırdı (bir məqaləmdə də ondan söz açmışdım)-Rauf Soltandan. Heyif ki, o da həyatdan gavan getdi. Rasim onun istedadlı şair olduğunu sübut etmək üçün şeirlərindən misallar gətirir:

Bunu anlasam da tələsmirəm mən,
Qorxuram söndürsəm, qəlbim inciyə.
Çöpün alov donu çıxır əyn7indən
Get-gedə bənzəyirn çılpaq zənciyə.
Bükülən belinə nəzər salın bir,
Zəif bir qocatək indii susacaq.
Çöpü söndürməyə ürəyim gəlmir,
Kimsə yanan qəlbi söndürür ancaq.

Rasim Nəbioğlunun «Mədəniyyət. İncəsənət. Ədəbiyyat» məqalələr toplusu onun bir tənqidçi-ədəbiyyatşünas kimi özünəməxsusluğunu ortaya qoyur. Mən bu yazıda onun kitabı ilə bağlı bəzi çatışmazlıqlarını da, qüsurlarını da gərək qeyd edəm. Rasim Nəbioğlu gərək bir çox qısa, bir-iki səhifəlik yazılarını bu kitaba daxil etməyəydi. Sadəcə xəbəor səviyyəsindədir bu yazılar. Elə yazıları da var ki, onları təzədən işləmək və dolğunlaşdırmaq olardı. Məsələn Musa Yaqubun «Üzü bəri baxan dağlar» kitabı haqqında resenziyaya təzədən qayıtsaydı yaxşı olmazdımı? Rasimin esseçiliyə meyli haqqında söz açdım. Amma bir yazısı var ki («Yeni elmi təfəkküyrün bəhrəsi») bu yazını heç cür esse kimi qavramaq olmur. Buy azı sadəcə resenziyadır, orada esselikdən əsər-əlamət belə yoxdur. Həmin yazı ədəbiyyatşünas Nikpur Cabbarlının «Mühacirət və klassik ədəbi irs» monoqrafiyasından bəhs edir.
Vəssalam! Mənim həmkarım Rasim Nəbioğlunun yeni kitabı haqqında qeydlərim bu qədər…

TƏQVİM / ARXİV