SON DƏQİQƏ:

Aqil ABBAS: ATATÜRKÜ MƏNDƏN  YOX, TÜRKİYƏDƏN QORUMAQ LAZIMDI 

  58021   |  
Şriftin ölçüsü  

Qəzetimizin  10 sentyabr tarixli nömrəsində, eləcə də  qəzetimizin  həmin tarixdəki  saytında «Rəşid Paşa özünü niyə güllələdi?»  adlı bir yazım dərc olunub. Bu birinci yazımdı və ardını da yazacam. Əslində birinci yazı ikinci yazının  xatirinə  qələmə alınıb. İkinci yazını   gələn həftə  oxuyacaqsız.

Həmin yazıya Cabir Ağaoğlunun sosial şəbəkədə  paylaşdığı  bir cavabını  oxudum. Haqlı iradları var, amma məsələ bundadı ki, mən yazıda da  qeyd eləmişəm, Rəşid  Paşa ilə bağlı bu tarixi həqiqəti Doğan Avçıoğlunun «Milli qurtuluş tariximizdə erməni və rum sorunu»  kitabına  söykənərək  yazmışam. Qeyd də eləmişəm ki, həmin kitab Ağdamda bütün  kitabxanamla birlikdə ermənilər tərəfindən yandırıldığından  əlimdə yoxdu, Türkiyədə də çox axtarsam da  tapa  bilməmişəm və yaddaşımda qalanları  qələmə alıram.  Və Doğan Avçıoğlu  əsərində Rəşid Paşaya  qurulmuş məhkəmənin stenoqramından müəyyən  parçalar  verib.  Bu parçalardan  yadımda qalanları  yaddaşımda qalan kimi  yazmışam.  Və mənə  elə gəlir ki, elə də böyük  səhvə yol verməmişəm.

Sadəcə olaraq,  üstündən  zaman keçdiyinə görə  Rəşid  Paşanın   məhkəməsinin dəqiq tarixində səhvə yol vermişəm.  Cabir Ağaoğlunun  yazısından sonra bir daha  araşdırdım  və gördüm ki, Rəşid Paşanın məhkəməsi  1923-cü ildə  yox, 19-cu ildə olub. Buna görə  oxuculardan, Atatürksevərlərdən və özümdən   üzr istəyirəm.

Cabir Ağaoğlu deyir ki, bu yazıyla mən Türkiyə Cümhuriyyətinə  bilərəkdən və ya  bilməyərəkdən böhtan atmışam. İnsan  bilməyərəkdən nəsə bir  səhv edə bilər, necə ki tarixi rəqəmdə səhvə yol vermişəm, amma  bilərəkdən   əsla səhv etmərəm!

Onu da qeyd edim ki, həqiqətən də Türkiyədə  erməni  soyqırımı  ilə bağlı Rəşid  Paşa  kimi  kişiləri sonradan ya güllələyiblər,  ya  həbsə atıblar, ya da  sürgün ediblər (məsələn, Bakını  rus-erməni işğalından azad  edən Nuru Paşa kimi). Mənim  ikinci  yazımın da  məğzi budur, birinci yazını  ona görə qələmə  almışam.

Qayıdaq söhbətimizə. Cabir bəy,  «Ədalət» qəzeti  30 ildən  artıqdır ki,  nəşr  olunur. Və bu qəzet  30 ildə  Azərbaycanda Atatürkü, türkçülüyü  və Türkiyəni  ən  çox  təbliğ edən bir  qəzetdir. Özü də «Ədalət» nəinki  Azərbaycanda, eləcə də  Türkiyədə  «Sözçü»  və bir  neçə qəzeti   çıxmaqla ən sayılan  qəzetlərdən  daha  çox Atatürkçüdü. 

Elə ay olmaz ki, «Ədalət»də Atatürkün  böyüklüyü ilə  bağlı məqalələr çap olunmasın. Təkcə elə bu sentyabr ayında saytımızda və qəzetimizdə Atatürklə bağlı  üç məqalə dərc olunub. 9 və 11 tarixlərində Yılmaz Özdilin «Atatürkün «Lətifəsi»», ayın  12-də isə Salih Bozokun  «Atatürkə meydan oxuyanın kəsin sonu»  köşəsi yayımlanıb və Salih bəyin  həmin  yazısı  15 sentyabr qəzetimizdə də dərc  olunacaq.  Saytımıza girib, ya da  köşklərdən qəzeti  alıb həmin yazıları   oxuya bilərsiniz. Mən  Atatürkə və ya Türkiyə Cümhuriyyətinə necə böhtan ata  bilərəm ki, hələ sentyabrın yarısı  olmayıb Mustafa  Kamal Paşa haqqında   üç yazı  dərc etmişəm.

Və çox təəssüf ki, heç  Atatürkü tanımayan  bəzi  ağzıgöyçəklər  sizin bu  paylaşımınızdan  istifadə edərək  yazınızın altındakı şərhlərdə  məni  «vətənşüvən» adlandırırlar.

Türkiyədə  Atatürkə münasibəti yəqin ki, məndən də yaxşı  bilirsiniz. Qardaş ölkədə müəyyən bir qrup, özü də arxasında gücü olan böyük bir qrup Atatürkə şər-böhtan  atır, hətta anasını  şərləyirlər və ümumiyyətlə, Atatürkü Türkiyənin tarixindən  silmək istəyirlər. Bu mövzu burda qapansın.

Vaqif Bayatlının (Cəbrayılzadə) təbirincə desək:

Atatürk 

min illərin gün işığıdı

nə qədər  basdırsan

yenə   torpağın  üstündə qalar.

Və sonda. Hörmətli Cabir bəy, sizin mənə  ünvanladığınız yazınızı da nöqtə-vergülünə  toxunmadan bugünki  saytımızda   dərc edirəm.

Və bir də görürəm ki, qardaş ölkə ilə əlaqələriniz də var. Doğan Avçıoğlunun  həmin  kitabını  və yaxud da ki kitabda  Rəşid Paşa ilə bağlı olan hissəni (bir neçə vərəq)  tapıb mənə göndərə bilsəniz, sizə təşəkkür edərəm.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK