SON DƏQİQƏ:

Qarabağı necə arzulamaya, necə tanımaya bilərəm? - Eminquey yazır

  55128   |  
Şriftin ölçüsü  

Əslən İsmayıllıdanam. Daha dəqiq Basqal qəsəbəsindən. Atamın ana tərəfi Lahıc. Yəni Həm İsmayıllıdan, həm də onun iki ən gözəl qəsəbəsindən ömrümə pay düşüb.

Qarabağ haqqında çəkilən filmlərdən bir çoxu bizim yerlərdə çəkilib. Bir çox filmləri sadalamaq olar, məsələn, ən son çəkilən “Dolu” filmi.

Uşaqlığımın yayları, Novruz bayramları bu gözəlliyin içində keçib. Ta uşaqlıqdan indiyə kimi Qarabağdan çəkilən videolara baxanda həmişə bir təbiət doğmalığı hiss eləmişəm. Oranın suyunda, ağacında, dağlarında, daşında, kəsəyində biz varıq.

Erməninin əyri-üyrü, p..rəngi, südəmər abidələri yamaq kimi görünür qədim Qarabağda. Fikir versəniz, bu südüxarabların abidələri necə bəsitdir, necə mənasızdır.

Bu gün Qarabağı görmək, gəzmək hamının arzusudur.

Vahid Mustafayevin Tərtər camaatı ilə reportajında hələ də "indiki gənclər Qarabağı tanımırlar, görməyiblər" deyib qınayanların olduğunu gördüm.

Ay əmi, vallah düz eləmirsən. Bax, mən İsmayıllı kimi gözəlliyin içində böyümüş adamam. Qarabağ mənim üçün gəzməli-görməli yerdən çox həm də mənəvi bir məkandı. Travmaları ilə, ağrıları ilə, gözəlliyi ilə...

Çingizin, onun həmkarlarının kadrları ilə böyümüşəm mən. Xocalıda qətlə yetirilənlərin donmuş, pis günə düşmüş cəsədlərini görmüşəm 30 ilə yaxın.

Məscidi donuzla dolu olan Şuşanın şəkillərini görmüşəm mən.

Bakıda papaq tikən (adı yadımdan çıxıb) əslən Qarabağdan olan bir kişinin atama “Pənahabad olub oralar” deyib bağırdığını eşitmişəm mən.

Vertolyotda vurulan düşən qaymaqlarımızı görmüşəm mən.

Qarabağı necə arzulamaya, necə tanımaya bilərəm?

Qarabağ bu 30 ildə böyüyən gənclərin mənəvi coğrafiyası olub, bundan sonra da fiziki coğrafiyasına çevriləcək və nəhayət Qarabağ haqqında çəkiləcək filmlər elə Qarabağda da çəkiləcək.

Narahat olmayın, ordumuzun sayəsində kəndlərin adlarını bitdə-bitdə əzbərləyirik. Əgər dərdiniz budursa. Amma siz Allah, kamera, mikrofon görəndə sevgi yarışına çıxmayın!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK