27-29 faizlə kredit verən banklarımızı Qarabağa  göndərin - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
4049 | 2023-09-25 15:00

Təcili tələb edirəm, KapitalBank və UNiBank Xankəndidə filialların açsınlar. Açan kimi də bizə verdiyi faizlə - 27-29 faizlə erməniləri kreditlə təmin etsin... bizə baxmayın eee, gözümüzü açandan biz faizi belə görmüşük. Dözürük, etiraz etmirik, son momentdə od vurub özümüzü yandırırıq, intihar edirik!

Yaxşı halda kreditlə aldıqlarımızı satıb üstünə də bir heylə qoyub "borcumuzu" ödəyirik...

Erməni banklarını axtarış eləmişəm, maksimum faiz dərəcəsi AMD - 10,25%, USD - 4,5%, Avro - 2,6% -dir.

Sözümün canı odur ki, KapitalBank və UNiBank Xankəndiyə yerləşsə orda bir kopoyoğlu, bir kopaqqızı qalmaz ..Düşünürəm ki, Qarabağda qalan ermənilərin oradan didərgin düşməsinin ən optimal yolu budur!

Seyid Lazım ağanın cəddi haqqı"...27-29 faiz eee,  ə,  erməni harda görüb belə şeyi?

 

 

TƏQVİM / ARXİV