Aeroport tikintisində torpaqların dövlət ehtiyacları üçün alınması mümkün olacaq
Yeni aeroport və aerodromların tikintisi zamanı torpaqların dövlət ehtiyacları üçün alınması mümkün olacaq.
Adalet.az xəbər verir ki, bu, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların inşası torpağın alına biləcəyi dövlət ehtiyacları siyahısına əlavə ediləcək.
Bildirilib ki, beynəlxalq aviasiya təşkilatlarının hava limanlarına dair tələblərinin həyata keçirilməsi, uçuşların təhlükəsizliyinin təmin edilməsinin təkmilləşdirilməsi, hava limanları ətrafında mühafizə olunan təhlükəsizlik zonalarının yaradılması (genişləndirilməsi), yeni uçuş-enmə zolaqlarının tikilməsi, uçuş-enmə zolaqların genişləndirilməsi çərçivəsində bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların alınması zərurəti ortaya çıxır.
Lakin sadalanan məqsədlər üçün torpaqların alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda öz əksini tapmaması torpaq üzərində mülkiyyət münasibətlərinin tənzimlənməsində və genişləndirmə, tikinti işlərinin operativ şəkildə icrasında çətinliklər yaradır.
Qeyd edilənləri və hava limanlarının xüsusi əhəmiyyətə malik obyektlər olduğunu nəzərə alaraq dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların ərazilərin artırılması və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların tikintisi zamanı torpaqların dövlət ehtiyacları üçün alınmasının hüquqi əsası formalaşdırılacaq.
Qanun layihəsi hava limanlarının tikintisi və ərazisinin genişləndirilməsi zamanı torpaq sahəsinin daha çevik alınmasına, bu sahədə yaranan mübahisələrin operativ həllinə xidmət edəcək.
Digər Xəbərlər
14 Fevral 2026 17:44
Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək? - AÇIQLAMA
14 Fevral 2026 12:34
Marketlərin qiymət "oyunu"...
13 Fevral 2026 22:19
Beş min manatdan çox pensiya alanların...
13 Fevral 2026 12:44
Azərbaycanda yeni vergi güzəştləri tətbiq ediləcək
13 Fevral 2026 12:30
Azərbaycanda elektron ticarətlə bağlı yeni qayda
13 Fevral 2026 12:21
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
13 Fevral 2026 10:17
“Rusiya neftinin Hindistana idxalı daha sərfəli olaraq dəyərləndirilir”
12 Fevral 2026 15:05


Bakı -°C

