adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Iyul 2020 15:06
40214
LAYİHƏ

Albaniya dövlətçilik tariximizdə

(əvvəli ötən sayımızda)

Albaniyanın Cənub sərhədlərininKür çayından keçməsi barədə ehtimallar başlıca olaraq yunan - Roma və V-VII əsrerməni müəlliflərinin məlumatlarına, doğruluğu müəyyən edilməyən, yalnız kortəbiiinama görə etibarlı sayılan mənbələrə, o cümlədən VII-VIII əsr alban tarixçisiMoisey Kalankatlının məlumatlarını təkzib edən erməni tarixçilərinin ənənəvixronologiyasına əsaslanır.

V.V. Bartold antik ədəbiyyat mənbələrinəqiymət verərək yazır: "Bədbəxtlik ondadır ki, yunan orijinalları bizə çoxgec, işləndikdən, əl gəzdirildikdən sonra gəlib çatıb; bunlar çox vaxt müqayisəedilən məlumatları heç bir tənqidə məruz qalmayan sadəcə kompilyasiya şəklindədirvə buna görə də bu mənbələrə son dərəcə ehtiyatla yanaşmaq lazımdır".

Siyasi tarixi: Azərbaycanın qədimdövlətlərindən biri olan Albaniya Makedoniyalı İsgəndərin imperiyası dağılandansonra, yəni eramızdan əvvəl IV əsrin sonlarında vahid mərkəzləşmiş dövlətəçevrilmişdir.

Mənbələr Alban dövlətinin antikdövrdə yerli sülalənin nümayəndələri tərəfindən idarə olunduğu haqqında məlumatverir. Albaniyanın ilk hökmdarının adı ilə bu sülalə tarixi ədəbiyyatda Aranilər(Arranilər) adlandırılır. Lakin bu sülalə haqqında məlumatlar çox azdır.

Artıq eramızdan əvvəl Iminilliyin ortalarında Albaniya ərazisində daş, şüşə və metal möhürləryayılmışdı. Belə metal üzük-möhürlər eramızdan əvvəl V-IV əsrlərdə antikdünyada və Şərqdə də yaxşı məlum idi.

Pompeyin rəhbərlik etdiyi Romaordusu ilə Aruzun (yunan-roma mənbələrində Oroys) rəhbərlik etdiyi Albaniyaordusu arasında e.ə. 66-cı ildə döyüş olmuşdur. Daha sonra İberiyaya doğru irəliləyənRoma ordusu ikinci dəfə e.ə. 65-ci ildə Alazan çayı sahilində Aruzun qardaşıSebərin (yunan-roma mənbələrində Kosis) rəhbərlik etdiyi Albaniya ordusu ilətoqquşmuş və böyük itki verərək İberiya ərazisinə keçmişdir. Strabonun məlumatındaalbanların qoşun növlərindən danışılır: görünür, albanlar bu cəhətdənqonşularından heç də fərqlənmirdilər, ya da çox cüzi fərqlənirdilər. Qədimcoğrafiyaşünasın dediyinə görə, alban qoşunu piyadalara və süvarilərəbölünürdü.

Albansüvarilərinin sayı Strabonda 22 min, Plutarxda isə 12 mindir. Beləliklə,görünür ki, alban qoşunu Strabona görə 82 min (60 min piyada və 22 min süvari),Plutarxa görə bir halda 72 min (60 min piyada və yalnız 12 min süvari), başqabir halda 40 min, Apiana görə təqribən 40 min döyüşçüdən ibarət idi. Eramızdan əvvəl 64-cü ildə alban qoşunlarının romalılarlailk toqquşması Plutarx və Dion Kassi tərəfindən təsvir edilmişdi. Bu toqquşmaeramızın 35-ci ilində parfiyalılara qarşı yönəldilmiş hərbi əməliyyatla əlaqədarKorneli Tasit tərəfindən də xatırladılır (Aliev K.Q. Albanskoe voysko i eqovoorujenie//DAN AzSSR, 1957, 8).

E.ə. II-I yüzilliklərdə,Parfiyanın hərbi cəhətdən qüdrətli dövründə, tabelikdə olan ölkələrə nəzarətetmək üçün formalaşmış inzibati aparatın olmadığı bir şəraitdə Parfiya Arşakiləriüçün mümkün olan yeganə düzgün qərar həmin məmləkətlərdə yerli sülalələrihakimiyyət başında saxlamaq idi. Sonralar vassal məmləkətlərdə yerli sülalələritaxtdan götürüb əvəzinə öz adamlarını, Arşakilərin nümayəndələrini təyin etməksiyasətinə əl atdı. Persida, Atropatena, Hirkan, Ermənistan, Hindistan,Gürcüstan və s. yerlərdə Arşakilərin şaxələri, kiçik Arşaki sülalələri beləyarandı.

Strabonun verdiyi məlumata görə,Antik Qafqaz Albaniyasında Zevs, Helios və Selenayla eyniləşdirilən tanrılaraibadət olunub. Belə ki, Strabon Alban panteonunun baş tanrısını Zevslə eyniləşdirir.Bununla əlaqədar Azərbaycanın müxtəlif bölgələrindən tapılan daş kişi heykəlləridiqqəti cəlb edir. Bunların ən səciyyəvi olanları Boyəhmədli, Seysulan,Xınıslı, Dağkolanlı və Çıraqlıdan aşkara çıxarlıb (Ösifov Ö.B., Babaev İ.A.Kavkazskaə Albaniə v gllinistiçeskuö gpoxu. V kn.: Priçernomorğe v gpoxugllinizma.//Mat-lı III Vse-soözn. simpoziuma po drevney istorii Priçernomorğə.Üxaltubo, 1982, Tbilisi, 1985).

Qədim Şamaxı, Qəbələ, Bərdə vəb. qəbiristanların öyrənilməsi zamanı üzə çıxarılmış gümüş və qızıl məmulatıdiqqəti cəlb edir. Qırlartəpə məskəninin yaxınlığında yerləşən, içərisindəkeramik qablar olan torpaq qəbirdən döymə üsulu ilə hazırlanan iki gümüş piyalətapılmışdı. Burada yerli sənətlər haqqında müəyyən təsəvvür yaradan silah və bəzəkşeyləri də aşkar edilmişdir. Albaniya ərazisində iri küplərdə dəfn etmək adətigeniş yayılmışdı. Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağətəyirayonlarda, Kür çayının sahillərində qeydə alınmışdır. Ağcabədi, Ağdam, İsmayıllı,Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirdə, Qalatəpəxarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlərlə küp qəbir tədqiqedilmişdir. Küplərdə dəfn etmək adəti ən qədim əsrlərdən başlanmışdır. Bu tip qəbirlərmüxtəlif vaxtlarda Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adəteramızdan əvvəl I minilliyin ikinci yarısından ta eramızın VIII əsrinədəkmövcud olmuşdur.

Azərbaycan arxeoloqları tərəfindənQarabağda daşdan yonulmuş 19 insan heykəli qeydə alınmışdır. Bu abidələr Mollalar,Şəfibəyli, Suma, Güllücə (Ağdam rayonu), Şatırlı (Bərdə rayonu), Canyataq (Ağdərərayonu), Seysulan (Tərtər rayonu) kəndləri yaxınlığında aşkar edilmişdir.

Alban tarixçisi MoiseyKalankatuklu yazısı olan xalqlar içərisində madayları və albanları xüsusi qeydetmişdir. Alban yazısının çiçəklənmə dövrü V-VI yüzilliklər sayılır. AzərbaycanRespublikası ərazisində aparılan arxeoloji qazıntılar zamanı müxtəlif bölgələrdəyerləşən arxeoloji abidələrin antik və erkən orta əsrlər qatlarından QafqazAlbaniyasında istifadə edilmiş yüzlərlə sikkə nümunələri əldə edilmişdir. HəmçininQəbələ (Xalilov Dj.A., Babaev İ.A. Antiçnıe tradiüii v materialğnoy kulğtureKavkazskoy Albanii.//Sb. Antiçnostğ i antiçnıe tradiüii v kulğture i iskusstvenarodov Sovetskoqo Vostoka, M., 1978), Torpaqqala, Xınıslı, Mingəçevirarxeoloji qazıntıları zamanı sikkə dəfinələri də aşkarlanmışdır.

Arxeoloji qazıntılar zamanıQafqaz Albaniyası ərazisindən aşkar edilmiş ən erkən sikkə nümunələriMakedoniyalı İsgəndərin adından kəsilmiş draxma və tetradraxmalardır. (Babaev İ.A., KazievS.M. Kabalinskiy klad monet gllinistiçeskoy gpoxi. Numizmatika i gpiqrafika,1971, vıp. IX). Sonrakı dövrlərdə isə Albaniyada Makedoniyalı İsgəndərin sikkələrinəbənzər yerli sikkələr meydana gəlmişdir. Bundan başqa Azərbaycanın qədimAlbaniya dövlətində Roma imperiyası, Parfiya və Bizans hökmdarlarının sikkələrindən,həmçinin yerli hökmdarların adlarından kəsilmiş sikkələrdən istifadəedilmişdir.

Ayrı-ayrıyerlərdə indiyədək qalmaqda olan metal, daş və ağac əmək alətləri Albaniyanıniqtisadiyyatını öyrənmək üçün xüsusi əhəmiyyətə malikdir. Bunlar dəmir oraqlar,çapacaqlar, bıçaqlar, qayçılar, bizlər, iynələr, dən daşları, kirkirə daşları,sürtgəclər, bülöv daşlardan ibarətdir.

Dulusçuluq məmulatı QafqazAlbaniyası iqtisadiyyatının və mədəniyyətinin daha da inkişaf etdiyini göstərir.Yaloylutəpə keramikası Şirvan, Şəki, Zaqatala bölgəsi, Gəncə-Qazax, Mil-Qarabağdüzü, Alazan və Kür hövzəsi, habelə Dağıstan ərazisində olan abidələrdən məlumdur.

Əbülfət MƏDƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.