Uşaq vaxtı ermənilərlə tez-tez dalaşardıq – həm Ağdamda, həm Şuşada, həm də Turşsuda. Erməni olduqlarına görə yox, elə dalaşırdıq da. Ona qalsa erməni uşaqları ilə üç-dörd dəfə dalaşardıqsa, özümüzünkülərlə iki gündən bir dalaşardıq.
Erməni uşaqları ilə dalaşanda bizim atalarımız gələrdi, qulağımızdan tutub danlaya-danlaya aparardı, hətta bir şapalaq da vurardı ki, niyə dalaşırsız?!
Bəzən erməni uşaqların ataları davaya bizimkilərdən tez çatardı və bərkdən öz uşaqlarına çığırardılar:
- Ara, vurma, txe!
Biz dayanardıq ki, ataları gəlib, amma erməni uşaqları dayanmazdı.
Nə biz ermənicə bilirdik, nə də böyüklər. Böyüklər deyərdilər ki, balam, ataları sağ olsun, uşaqlarına hirslənirlər ki, vurma. Və təbii ki, «txe» sözünün nə olduğunu bilmirdik.
Sonralar öyrəndik «txe» - «vur» deməkdi. Yəni azərbaycanlılar eşitsin ki, vurma deyir, amma öz uşaqları bilsinlər ki, vurmaq lazımdı.
İndi beynəlxalq təşkilatlar, ATƏT, BMT, Rusiya, Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı və Rusiyanın Xarici İşlər Nazirliyi ermənilərə deyir ki:
- Vurma, txe.
Və elə ona görə də Ermənistan heç bir beynəlxalq təşkilatı və beynəlxalq ictimaiyyəti eşitmir.
İndi vurmaq zamanı bizimdi. ATƏT-in də, BMT-nin də, nə bilim Avropa Birliyinin də, KTMT-nın da, Rusiyanın da dediklərini biz qulaqardına vurmalıyıq.


Bakı -°C
