adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Mart 2023 16:08
587
ƏDƏBİYYAT

"Avtoritar cəmiyyətlərdə ən xeyirxah əməllər də öz platformasında deyil" – Şərif Ağayar

Ədəbiyyat incəsənətin digər qolları ilə sıx təmasda olmalıdır.Filmlə, musiqilə, rəssamlıqla və s. Azərbaycanda bu vəhdət Sovet dövründə var idi. Müstəqillik dövründə bu bağın qırılmasını nə ilə əlaqələndirirsən? Bu ədəbiyyatın axsaqlığıdır, yoxsa?

Adalet.az bu mövzu ilə bağlı yazıçı Şərif Ağayarın fikirlərini öyrənib.

“Sovet dövrünün bu ənənəsi çox yaxşı idi. Lakin arxasında hamını bir yerə toplayıb daha asan idarə etmək istəyi dayanırdı”

Yazıçı Şərif Ağayarın sözlərinə görə,Sovet dövrünün bu ənənəsi çox yaxşı idi.Lakin arxasında hamını bir yerə toplayıb daha asan idarə etmək istəyi dayanırdı. Ümumilikdə, avtoritar cəmiyyətlərdə ən yaxşı, ən xeyirxah əməllər də öz platformasında deyil. Saman altından mütləq su yeridilir. Buna görə də, müxtəlif sənət sahiblərinin bir yerə toplaşıb çox vacib yaradıcılıq mübadiləsi aparması da sair ciddi fəaliyyətlər kimi mütləq azadlıq və sərbəstlik çətiri altında baş verməlidir. Lakin bu mütləq baş verməlidir. Çünki mədəniyyət bütün rəng və çalar fərqliliyinə rəğmən vahid bir anlayışdır.

Hələ mən xırdalıqlara enib kino, teatr, opera və s. kimi sözün hərfi mənasında müştərək sənət sahələrindən danışmıram. Şəxsən mən bir yazıçı kimi kinodan, rəssamlıqdan və musiqidən az qala ədəbiyyatın özü qədər, hələ bəlkə də bir az artıq faydalanıram. Hərdən həm də bu sahənin insanları arasında bulunuramsa, lap gözəl!

Dünyanın hər yerində, misal üçün, böyük bir rejissorun mütləq bir rəssam, yazıçı və bəstəkar dostu olur. Əlbəttə, bura elm adamlarını da əlavə etmək olar. Çünki elm də bir sənətdir. Yaxşı sənətkarlar nəinki bir ölkədə, hətta bütün dünyada axtarıb bir-birlərini tapırlar. Hətta bəzən bizim 60-cılar sayaq müxtəlif sahələrdə irəli çıxan adamlar birləşib nəsil monopoliyası da yaradırlar. Əlbəttə, yalnız azad olmayan cəmiyyətlərdə. Yəni bizim kimi”.

 

Eminquey