13 Iyul 2020 12:03
64103
ƏDƏBİYYAT

Ayaz Arabaçı: Yaralarınıza qurban olum şəhid oğullarım..

Yolun kəndə düşəndə
bizim evə də baş çək..
Balaca bir ocaq qala həyətimizdə..
Mənim nəfəsimlə
oxşa evimizin daşını-divarını.
Əvvəlcə qapının arasından bax..
İsti-isti buğlanan
ürəyimin yarasından bax.
Bilirsən ki, çox uzaqdayam.
Məndən söz sal,
çəpərboyu qocalmış ağaclara...
Vaxtilə üstündə oturduğum
vələs kötüyünün kefini xəbər al.
Xəyala get....Fikrə dal..
Dilim söz tutmur.
Qabağına kim keçsə salam söylə.
Axşam bizdə qal,çıx evimzin damına.
Ulduzlara bax,ay işığına bir siqara yax.
İstəsən məni də soruş,
Həsən əmidən,Kamil dayıdan,
Sədəf xaladan..
Mən şəhid olduğuma görə
daha uzağam xata-baladan..
Bizə baş çək hökmən,
Baş çək bizim qocalara..
Öz atan-anan kimi bağrına bas,
qoyma ağlasınlar..
Mənim gəlməyim getdi..
Axşamlar qapının dalını bağlasınlar...