Azərbaycan "Türk dünyasının mədəniyyət paytaxtı – 2025” ilinin açılış mərasimində təmsil olunub
Aprelin 5-də Qazaxıstanın Aktau şəhərində "Türk dünyasının mədəniyyət paytaxtı – 2025" ilinin rəsmi açılış mərasimi keçirilib.
Mərasimdə TÜRKSOY, Türk Dövlətləri Təşkilatı, Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərləri, türk respublikalarından müvafiq sahə üzrə rəsmilər, Qazaxıstanın Mangistau vilayəti və Aktau şəhəri hakimliyinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynovun rəhbərliyi ilə geniş nümayəndə heyəti iştirak edib.
Açılış mərasimində rəsmilərin çıxışlarından sonra Türk dünyası incəsənət ustalarının iştirakı ilə möhtəşəm qala-konsert olub.
Konsertdə ölkəmizdən 20-dən çox incəsənət xadimi maraqlı ifası ilə tədbirə rəng qatıb. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının təqdim etdiyi milli rəqslərimiz, estrada müğənnisi İlkin Dövlətov, aşıq Qəlbinur İbrahimli və tarzən İsmayıl Zülfüqarovun rəngarəng ifaları böyük maraq və alqışlarla qarşılanıb. Eyni zamanda tətbiqi sənət ustalarımız Gülnar İsmiyeva (təkəlduz), Mətanət Mirzəliyeva (kəlağayı) və Nəzər Əliyev (misgərlik) qədim əl sənəti nümunələrimizi təqdim ediblər.
Tədbir çərçivəsində nazir müavini Murad Hüseynovla TÜRKSOY-un baş katibi Sultan Rayev arasında ikitərəfli görüş keçirilib.
Görüşdə Azərbaycan ilə TÜRKSOY arasında əməkdaşlıq məsələləri müzakirə olunub, həyata keçirilən tədbirlər, gələcək birgə layihə və təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda "mədəniyyət paytaxtı" ili ərzində təşkilat tərəfindən Aktauda planlaşdırılan fəaliyyətlər haqqında məlumat verilib.
Qeyd edək ki, Aktau şəhəri 2025-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" statusunu 2024-cü ilin noyabrında Türkmənistanın Anev şəhərindən təhvil alıb.
Digər Xəbərlər
31 Yanvar 2026 15:53
Beşbarmaqda qədim karvansaray aşkarlandı - FOTOLAR
30 Yanvar 2026 19:20
Təltif edilən gənclərdən biri görmə məhdudiyyətli ifaçıdır - FOTO + YENİLƏNİB
28 Yanvar 2026 13:54
Səmimi Fərhad: “Bu, sistemli tənqid deyil, təhrikedici üslubdur”
27 Yanvar 2026 14:09
Əməkdar mədəniyyət işçisi vəzifəsindən azad edilib
26 Yanvar 2026 19:25
Multikulturalizm Mərkəzinin icraçı direktoru Qüds Yunan Pravoslav Patriarxı ilə görüşüb
24 Yanvar 2026 18:25
Aktrisa Məsumə Babayeva vəfat etdi
21 Yanvar 2026 12:00
Arif Babayevin qəbirüstü abidəsi hazırlanacaq
16 Yanvar 2026 13:58


Bakı -°C

