Azərbaycana idxal edilən körpə uşaq qidalarına dair yeni tələb müəyyənləşib
Azərbaycana idxal edilən körpə uşaq qidalarına dair yeni tələb müəyyənləşib.
Bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət edilməli olan qida və yem məhsullarının Siyahısı”nda əksini tapıb.
Körpə uşaqlar üçün isti emala məruz qalmış (o cümlədən, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməklə) homogenləşdirilmiş cem, meyvə jelesi, marmelad, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastasının Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənəd tələb olunacaq.
Qərara əsasən, körpə uşaqlar üçün sirkə və ya sirkə turşusu əlavə edilmədən hazırlanmış və ya konservləşdirilmiş, dondurulmamış homogenləşdirilmiş tərəvəz və körpə uşaqlar üçün homogenləşdirilmiş hazır mürəkkəb (qarışıq) qida məhsulları da Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət edilməli olan qida və yem məhsullarının Siyahısına daxil edilib.
Digər Xəbərlər
14 Sentyabr 2026 09:22
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
13 Sentyabr 2026 17:02
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
13 Sentyabr 2026 11:15
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!
12 Sentyabr 2026 10:20


Bakı -°C

