Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndidə

"Bakcell" şirkəti şəbəkəsini Xankəndi şəhərində uğurla istifadəyə verib.
Şirkətdən Adalet.az-a verilən məlumata əsasən, "Bakcell"in şəbəkəsi Ağdərə və Xocalı da artıq fəaliyyətdədir. Bununla da, şirkətin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quraşdırılmış baza stansiyalarının sayı 120-dən yuxarıya çatdırılıb.
Burada quraşdırılmış baza stansiyaları ilə "Bakcell" şirkəti Qarabağ bölgəsində ən müasir səs texnologiyasi olan VoLTE xidmətini və ölkənin ən sürətli mobil internet şəbəkəsini öz abonetlərinin ixtiyarına verib.
"Bakcell" şirkəti Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunda zəruri infrastrukturun qurulması istiqamətində, eləcə də ən son texnologiyalarının bu bölgəyə gətirilməsində genişmiqyaslı fəaliyyətini daha da gücləndirəcəkdir.
Digər Xəbərlər

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

Selçuk Bayraktar: “Technofest” yenidən Azərbaycanda keçirilə bilər"

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

Telefonunuzda bu tətbiqlər varsa, pulunuz oğurlanacaq - XƏBƏRDARLIQ

55 nömrəli “Bakcell” avtomobili nüfuzlu sürət yarışında - VİDEO

Azərbaycanın Su-25 təyyarəsi Türkiyənin qanadlı raketini sınaqdan keçirdi
