adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
27 Iyul 2022 15:33
1687
LAYİHƏ

Bakıda Qadın Sosial Sahibkarlıq Forumu baş tutacaq

Bu ilin avqust ayında “Qadın Sosial Sahibkarlıq Forumu”/ Forum der Sozialen Unternehmerinnen layihəsi başlayır. Beynəlxalq komandada Azərbaycan, Rusiya və Almaniyadan olan 24 sahibkar ictimai faydalı və müxtəlif sahələrdə birgə layihələr üçün ideyalar hazırlayacaq. Bu layihələr cəmiyyət, ekologiya, təhsil, media, mədəniyyət və digər sosial əhəmiyyətli mövzuları əhatə edəcək. Layihə çərçivəsində əsasən biznes planları və modellərin yaradılması, maliyyə və marketinq planının hazırlanması, operativ idarəetmə, qeyri-kommersiya layihələri üçün qrantlar, startaplar üçün investisiyalar kimi aktual mövzularda bir sıra onlayn təlimlər və vebinarlar keçiriləcək.

Layihənin iştirakçıları arasında zəngin təcrübəli iş qadınları və tanınmış ictimai xadimlər var. Məsələn, Sara Rəcəbli, özünü BUTA ART brendini yaratmış, 20 fiziki məhdudiyyətli qadınları işlə təmin olunaraq vegan və qlütensiz şirniyyat istehsal edir. Voronej vilayətindən olan Oksana Zaliznyakın yaratdığı «Kipling» mərkəzi 2021-ci ildə “Şəhər üçün ən yaxşı biznes layihəsi” sahibkarlar üçün regional müsabiqəsində təhsilin inkişafına verdiyi töhfəyə görə “Ən ağıllı” nominasiyası üzrə birinci yeri tutmuşdur. Berlindən olan prodüser, rejissor və ssenarist İrina Arms sosial əhəmiyyətli mövzularda arthouse janrında sənədli və bədii filmlər yaradır. Onun bir neçə filmi beynəlxalq film festivallarında mükafata layiq görülüb.

Birgə ideyalar konkret layihələrdə davam etdiriləcək və onların müzakirəsi bu ilin oktyabrında Gürcüstanda işgüzar görüş zamanı keçiriləcək. Layihələrin təqdimatı, həyata keçirmə planları və həmin layihələrə maliyyə vəsaitlərinin cəlbi ilə bağlı görüşlər 2023-cü ilin yanvarında Bakıda keçiriləcək iki günlük yekun forumda aparılacaq. 

Qadınların Sosial Sahibkarlıq Forumu ikinci dəfədir keçirilir. İlk forum 2020-ci ildə Minskdə Rusiya, Belarusiya və Almaniyadan olan 200-dən çox qadının iştirakı ilə keçirilib. Bu Forum ərəfəsində hazırlanan 3 layihə hal hazırda həyata keçirilir ki, bunlar arasında məişət zorakılığına qarşı FemUnion keçirdiyi onlayn platforma (crisiscenter.ru/femunion/) və "Üçüncü yer" onlayn akademiyası (nko-pfo.ru/34956) da var.

Layihənin təşkilatçıları: Mediaost Events und Kommunikation GmbH (Berlin), Azərbaycanda Qadınlar Sahibkarlığının inkişafı Assosiasiyası AWEDA (Bakı), Qadınların və Sosial Sahibkarların İnkişafı Beynəlxalq Mərkəzi VEIA (Moskva). Layihə Almaniyanın Xarici İşlər Nazirliyinin dəstəyi ilə "Şərq Tərəfdaşlığı və Rusiya" proqramı çərçivəsində keçirilir.