Bel ağrılarından necə qurtulaq?
İspaniyalı travmatoloq, İnes Sançes bildirib ki, bel ağrılarının qarşısını almağın əsas yolu müntəzəm fiziki aktivlikdir. Onun sözlərinə görə, düzgün oturuş və erqonomik mebellər təkbaşına onurğa problemlərindən qorunmağa zəmanət vermir.
Adalet.az xəbər verir ki, o, bu barədə "Daily Mail" nəşrinə açıqlamasında danışıb.
Mütəxəssis qeyd edib ki, bir çox insan bel sağlamlığını qorumaq üçün düz oturmağın, ani hərəkətlərdən qaçmağın və ortopedik kreslolardan istifadə etməyin kifayət etdiyini düşünür. Lakin praktikada bu tədbirlər xroniki ağrıların qarşısını hər zaman ala bilmir.
Həkimin sözlərinə görə, pasiyentləri arasında oturuş qaydalarına ciddi əməl edən, amma buna baxmayaraq davamlı bel narahatlığından əziyyət çəkən insanlar az deyil. O bildirib ki, əsas səbəb uzun müddət hərəkətsiz qalmaq və fiziki aktivliyin az olmasıdır.
Travmatoloq izah edib ki, onurğa, fəqərəarası disklər, əzələlər və bağlar normal fəaliyyətini qorumaq üçün müntəzəm yüklənməyə ehtiyac duyur. Uzun müddət hərəkətsiz qalanda qan dövranı zəifləyir, oynaqların hərəkətliliyi azalır və onurğanı dəstəkləyən əzələ sistemi tədricən zəifləyir.
Digər Xəbərlər
25 Iyun 2026 10:40
SN qanvermə aksiyası ilə bağlı məlumat yaydı
24 Iyun 2026 17:40
Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?
24 Iyun 2026 11:26
Hər gün ət yemək ziyandı?
24 Iyun 2026 10:23
NARKOMANİYA – UÇRUMA APARAN YOL
23 Iyun 2026 10:04
Elektron səhiyyədə inqilab: Tibbi məlumatlar vahid mühitdə toplanacaq
21 Iyun 2026 15:51
Hər gün istifadə etdiyimiz bu qida - İnsult riskini artırır
21 Iyun 2026 13:16
İnfarktdan sağ çıxan yüzlərlə şəxsin dedikləri diqqət çəkdi
19 Iyun 2026 16:06


Bakı -°C

