Beşbarmaqda qədim karvansaray aşkarlandı - FOTOLAR
Beşbarmaqda qədim karvansaray aşkarlanıb.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin "Mədəni İrsin Qorunması və İnkişafı" şöbəsinin müdiri Elşən Mustafayev məlumat verib.
Onun sözlərinə görə, bu kəşf ölkə üçün elmi baxımdan əhəmiyyətlidir və gələcək tədqiqatlara zəmin yaradır:
"Ərazidə 2026-cı ildə də qazıntıların davam edəcəyi gözlənilir".
"Beşbarmaq arxeoloji ekspedisiyası"nın rəhbəri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun "İlk Tunc dövrü arxeologiyası" şöbəsinin müdiri Səfər Aşurov isə bildirib ki, Beşbarmaq qalasının ikinci terrasındakı qazıntılar bu sahədə də İlk tunc dövrü – Kür-Araz mədəniyyətinə aid mədəni təbəqənin mövcudluğunu təsdiq edib.
S.Aşurov uzun axtarışlardan sonra nəhayət orta əsr səyyahlarının haqqında məlumat verdikləri karvansarayın yerinin müəyyən edilməsini böyük uğur adlandırıb:
"İlkin qazıntılarla karvansarayın strukturu müəyyən edilib, çoxsaylı maddi mədəniyyət qalıqları tapılıb. Tikilinin plan quruluşunun XVII əsr səyyahı Adam Olearinin təsviri ilə üst-üstə düşməsi, həmçinin numizmatik materiallar, qəlyan ucluqları və məhək daşının əldə edilməsi buranın məhz karvansaray olduğunu bir daha təsdiq edir".
Qeyd edək ki, XX əsrin 20-ci illərində sovet alimi Yevgeni Aleksandroviç Paxomov son dəfə bu karvansarayın qalıqları barədə məlumat verib. Sonrakı tədqiqatlar zamanı isə onun yerini tapa bilməyiblər.
Digər Xəbərlər
18 Fevral 2026 09:00
AQİL ABBAS: "MƏNƏ GÖRƏ, AĞDAMIN QOXUSU RƏMİŞ, SƏXAVƏT VƏ QƏDİRDİR" - VİDEO
17 Fevral 2026 15:31
Azərbaycanda rejissorun həbsi istənildi
16 Fevral 2026 20:06
Döyüşçü güllə altında Məmməd Səfaya niyə zəng etmişdi? - VİDEO
16 Fevral 2026 20:01
Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olundu
16 Fevral 2026 17:15
“Baba Vəziroğluyla heç bir problemim yoxdur, qırx ilin dostuyuq...” – Şeyx Əbdül
16 Fevral 2026 11:23
Aktyor: “Qorxmursuz balalarınızın gələcəyindən”?
16 Fevral 2026 09:24
Arzu Əliyeva bədii-yaradıcılıq gecəsində - VİDEO
14 Fevral 2026 16:24


Bakı -°C

