"Biz tələbələrdən nəyi tələb etməliyik" - Etibar Əliyev
Fizika üzrə Nobel mükafatı laureatı Petr Kapitsanın oğlu professor Sergey Kapitsa yazır: "Biz tələbələrdən nəyi tələb etməliyik – biliyi, yoxsa anlamağı. Bütün sistem anlamağı bacaran insanların tərbiyəsi üzərində qurulmalıdır. Bunun üçün müəllimlərdən yüksək səviyyə və müstəqil təfəkkür tələb olunur. Tələbə imtahana istədiyi kitabla gələ bilər, ancaq o həmin kitabda nə yazıldığını başa düşdüyünü göstərməlidir.
Bu gün fənlərarası tədqiqat çox mühümdür. Ancaq təəssüflər olsin ki, bir çox elmlər elə öyrədilir ki, insanlara elə gəlir, onlar artıq bunu bilirlər, ancaq onlar bunu başa düşmürlər. Bax, budur təhsilin qarşısında duran əsas məsələ. Təhsil - anlamaqdır. Bilik isə sənətdir."
Universitetdə oxuduğumuz illərdə "Atom fizikası"nı bizə Lev Landaunun tələbəsi olmuş Rəhimi müəllim deyirdi. Əvəzsiz pedaqoq idi. Rəhimi müəllim də imtahan vaxtı dərslikdən istifadə etməyi qadağan etməmişdi. Sadəcə anlamağı sübuta yeterməli idin...
Digər Xəbərlər
12 Sentyabr 2026 15:00
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
11 Sentyabr 2026 16:35
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
11 Sentyabr 2026 11:05
Bağça müəllimləri ilin sonunadək sertifikasiyadan keçiriləcək
10 Sentyabr 2026 17:47


Bakı -°C

