adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Aprel 2024 10:21
1892
MARAQLI

Bu gün tam Günəş tutulması baş verəcək

Bu gün Günəş, Ay və Yer bir sırada kosmosda düzüləcək. 

Adalet.az xəbər verir ki, nadir hadisə nəticəsində Yerdə bir neçə dəqiqə tam qaranlıq olacaq. Yerin müəyyən hissəsində gün ərzində ayın kölgəsi formalaşacaq.

Alimlərin fikrincə, bu, Şimali Amerika qitəsinin böyük bir hissəsində baş verəcək və 2044-cü ilə qədər təkrarlanmayacaq Günəşin tam tutulmasıdır. Bu, insanlara heç bir təsiri olmayan adi astronomik hadisədir.

Günəş tutulması Azərbaycan ərazisindən görünməyəcək.

Ayın kölgəsi Meksika, ABŞ-nin 13 ştatı və Kanadanın bir hissəsindən keçərək Yer kürəsinin cənub-şərqindən şimal-qərbə doğru hərəkət edəcək. Tam tutulma hissəsi 4 dəqiqə 48 saniyə davam edəcək.