adalet.az header logo
  • Bakı -°C
12 Avqust 2026 13:55
73
İDMAN
A- A+

"Dinamo" ilə oyunda yaxşı nəticə istəyiriksə, bunları aradan qaldırmalıyıq"

"Qarabağ" "Dinamo" ilə oyunda yaxşı nəticə əldə etməyə çalışacaq.

Adalet.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) ilə Bakıda keçiriləcək cavab matçından öncə mətbuat konfransında deyib.

O, sabahkı görüşlə bağlı fikirlərini bölüşüb:

"Əvvəlcə "Sabah"ı təbrik edirəm, yaxşı oyun göstərib qalib gəldilər. Çox böyük uğurdur. Bizə gəldikdə, pis hazırlaşmamışıq. Yaxşı nəticə əldə etməyə çalışacağıq. İnanıram ki, futbolçular əllərindən gələnin ən yaxşısını edəcəklər. Yaxşı nəticə istəyiriksə, ilk oyundakı səhvləri aradan qaldırmalıyıq. Futbolçular daha diqqətli olmalıdır".

54 yaşlı mütəxəssis ardıcıl oyunlarda qol vurmamağın futbolçularda psixoloji təzyiq yaratdığını etiraf edib:

"Bunu normal qarşılayıram. Belə hallar olur. Bunu aradan qaldırmağa çalışırıq. Qol vurmaq üçün daha artığını etməliyik".

Qeyd edək ki, "Qarabağ" - "Dinamo" matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandalar arasında Polşada baş tutan ilk görüşdə Ukrayna təmsilçisi 1:0 hesablı qələbə qazanıb.