Dinozavrlar niyə məhv oldu? - alimlər mübahisələrə son qoydu
ABŞ-ın Yels universitetindən olan tədqiqatçılar qrupu hesab edir ki, dinozavrların ölümünün yeganə səbəbi nəhəng meteoritin düşməsidir.
Bu barədə CNN məlumat yayıb.
90-cı illərin əvvəlindən etibarən Meksikadakı Yukatan yarımadasında nəhəng krater tapıldıqdan sonra alimlər Yerə 66 milyon il öncə çırpılan asteroidin dinozavrları və həmçinin planetimizdə həyatın böyük hissəsini məhv etdiyinə əmin idilər. Lakin dinozavrların yoxa çıxmasının dəqiq səbəbi digər alimlər qrupunun bu canlıların ölümünə kütləvi vulkan püskürməsinin səbəb olduğunu söyləməsindən sonra müəyyən edilə bilməyib.
Yels universitetinin rəhbərliyi ilə aparılan araşdırmalarda qlobal temperatur dəyişiklikləri və iqlim effekti modelləri əsasında dəniz qalıqlarından karbon izotoplarının mövcudluğu müqayisə edilib. Alimlər müəyyən ediblər ki, bu qazın atmosferə buraxılmasının 50 faizi və daha çoxu asteroid zərbəsindən əvvəl baş verib. Alimlər, həmçinin, vulkan püskürməsinin və lava axınlarının ekoloji sistemi zəiflətdiyini lakin praktiki olaraq dinozavrlara təsiri olmadığını söyləyib.
"Bir çox insanlar ehtimal edir ki, günahkar vulkanlardır. Ancaq biz deyirik ki, bunu onlar etməyib”, - alimlər qrupu qeyd edib.
Ulucay AKİF
Digər Xəbərlər
19 Iyun 2026 09:15
Taun 5500 il əvvəl də ölümcül imiş
19 Iyun 2026 08:40
Sonuncu fincan qəhvə üçün ideal vaxt açıqlandı
19 Iyun 2026 08:37
Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"
19 Iyun 2026 08:13
Bu qidalar asılılıq yaradır
17 Iyun 2026 11:54
Qadınların yuxusu daha keyfiyyətli olur - Maraqlı araşdırma
10 Iyun 2026 15:35
Bağa baxarsan...
10 Iyun 2026 13:52
“Yox” deməyin incəsənəti: Başqalarını xoşbəxt etmək üçün özümüzü necə qurban veririk?
10 Iyun 2026 12:33


Bakı -°C

