"Doğub-əkəndə mənə demişdiniz?"
Müğənni Nüşabə Musayeva ondan maddi yardım istəyən izləyicilərinə sərt xəbərdarlıq edib.
Adalet.az xəbər verir ki, onlar ifaçını təngə gətirib.
Musayeva ondan pul istəyənləri tənqid edib:
"Məni maddiyyata görə hansı səhifələr narahat etsə, həmin səhifələri və yazılanları paylaşacam. Bəsdir artıq, bu nədir?! Bu nə dilənçilikdir? Başınız xarab olub, yoxsa məni maymaq hesab edirsiniz?
Biri yazır, uşağıma "iPhone" al, biri deyir, təhsil haqqımı ödə, biri deyir, mətbəximi, damımı təmir et, o biri deyir, geyimlərini ver, geyinək...
Siz nə deyib yaşayırsınız? Çörək tapmayıb xəstəlikdən əziyyət çəkən insanlar var. Sizin kefinizə bax.
Bir söz tapıblar "bir ana kimi yazıb sizə yalvarıram", "3 uşaq anasıyam"... Doğub əkəndə mənə demişdiniz? Yoxsa dədənizə borcum var? Bu səhifədə pul kəsilmir. Elə bil banka və ya fonda müraciət edirlərmiş kimi, hələ bir tələb də edirlər ki, "verməsən, inciyərəm". Niyə? Öhdəmə götürmüşəm sizi? Ya əhd eləmişəm ki, işləyib qazanacam, verəcəm, siz yeyəcəksiniz? Canınız çıxsın, qazanın, işləyin, xərcləyin! Asan, rahat yol tapıblar, düşüklər!"/yenisabah
Digər Xəbərlər
22 Sentyabr 2026 13:53
Təcili əməliyyat olunan məşhur müğənnidən xəbər var
22 Sentyabr 2026 11:03
“Bu gün Azərbaycan küçələrində "Kurtlar Vadisi" replikaları ilə danışan bütöv bir nəsil var”
22 Sentyabr 2026 00:06
Afra Saraçoğlu sərbəst buraxıldı - YENİLƏNİB
22 Sentyabr 2026 00:00


Bakı -°C

