“Dünyaya çıxmaq üçün əlləşən adam deyiləm...” - Yazıçı Aqil Abbasla müsahibə

Adalet.az millət vəkili, yazıçı Aqil Abbasın "Ədəbiyyat qəzeti"nə verdiyi müsahibəni təqdim edir.
- Aqil müəllim, 70-80-ci illər ədəbi nəslindənsiniz.O vaxt ədəbi proses necə idi? Çap məsələsində çətinliyiniz olurdumu?
- Həminvaxtlar çap olunmaq qeyri-mümkün idi. Gərək böyük dayaqların olaydı. Arxandanüfuzlu şair-yazıçı durmalıydı. O zaman ədəbiyyat özü də mafiya kimi idi.Mühitin içinə düşmək, çap olunmaq çətin olurdu. Amma deyim ki, o qədər də dəhşətlideyildi vəziyyət. Çətinlik olsa da, çap oluna bilirdin. Məsələn, "Ulduz”juranlı gənclərə yer ayırırdı, yeni imzaların yazıları orda çap olunurdu. Ədəbidərnəklər vardı, gənc yazarları bir araya yığırdı. Yeni imzalardan ibarətalmanaxlar çap olunurdu. Gənc yazarların ilk kitabları nəşr edilirdi. Nüsrət Kəsəmənli,Siyavuş Sərxanlı və başqa nüfuzlu adamlar ədəbiyyata təzə gələnlərə dəstəkolurdu. Sonra Əkrəm Əylisli "Azərbaycan” juranlında baş redkator oldu, gənclərəböyük bir meydan verdi.
- Siz ilk dəfə harda çap olundunuz?
- İlk hekayəm"Şirinlik” "Ədəbiyyat qəzeti”ndə çap olundu. Sabir Əhmədli sağ olsun, bəyəndi vəməmnuniyyətlə çap elədi.
- O dövrün çətinliklərindən danışdınız. Deyəsən,sizin də çap probleminiz olub. "Evləri köndələn yar” povestinizi deyirəm...
- Onun çapıuzun çəkdi. "Evləri köndələn yar” povestimdə Qədir Rüstəmovun obrazınıyaratmışdım. Povesti 1971-ci ildə yazmışdım.
- Bildiyimə görə, povestin təməli dərs otağında atılıb...O povestin maraqlı tarixçəsi olub...
- Hə, otarixçə belə olmuşdu... Bəxtiyar Vahabzadənin dərsində oturmuşduq. Pəncərə açıqidi, küçədə Qədirin səsini eşitdim. Dəftərə "Sona bülbüllər” haqda cızma-qaraelədim. Sonra yazdığımı Bəxtiyar Vahabzadəyə verdim. O da oxudu və çox xoşuna gəldi.
- Elə bu əsərin də çapı baha-başa gəlib...
- Elədi...Deməli, Bəxtiyar müəllim onu aparıb verdi "Ulduz” jurnalına. Əhməd Cəmil "Ulduz”daişləyirdi, məni yanına çağırdı, dedi ki, burda bıçaqlanma yeri var, bu Komsomolayaraşmaz, gəl bu hissəni çıxardaq. Dedim ki, bəs əsərin əsas yeri odur, onuçıxartsam, heç nə qalmaz. Nə isə, söz-söhbət getdi. O səhnəyə görə əsəri çapa vermədilər.
- Sonra nə oldu bəs?
- Yazıçı Anarlaqonşu idik. O zaman heç məni tanımırdı. Bir dəfə rastlaşdıq, nə yazdığımlamaraqlandı. Mən də bu povestdən danışdım. Maraqlandı, dedi, ver oxuyum. Povestioxuyub bəyənmişdi və mənə dedi ki, bunu mütləq çap etmək lazımdı. Ona çapproblemini danışdım, dedi, həll edərik. "Ulduz”a göndərdi, dedi, Yusif Səmədoğluyadeyəcəm çap etsinlər. Amma yenə çap olunmadı. Mən də üstünə düşmədim. Aradanbir az vaxt keçdi, yenə Anarla rastlaşdıq. Dedi, bəs niyə povestin çapolunmadı. Dedim, xəbərim yoxdu. Bərk əsəbləşdi. Zəng elədi redaksiyaya, onlarabunun səbəbini soruşdu. Ardınca mənə zəng elədilər. Dedilər ki, kim sənə deyirçap olunmayacaq. Povest çap olunacaq, darıxma. Hə, beləcə, povest 10 il sonraçap olundu. Amma ondan əvvəl hekayələrim çıxmışdı.
- "Evləri köndələn yar” sizə məşhurluq gətirdi...
- Elədi.Bilirsiniz, cavan yaşda povest yazmaq çətin idi. Hər cavan yazıçının povestinidə çap etmirdilər. O povestimə görə xeyli məktublar gəlirdi redaksiyaya. Poçtişçisi məktub daşımaqdan bezmişdi, söyürdü (gülür) Demək olar ki, o məktubların80-90 faizini oxudum. Əsas yazanlar gənclər idi. Sevgi, romantika ab-havasındaməktublar yazmışdılar. Mən də o zaman əsəri çap etməyə imkan verməyənlərə, maneolanlara deyirdim ki, bəs deyirdin bu əsəriçap etsən gözdən düşəcəksən. Nə oldu bəs? Bu oxucu rəyləri nədi? Mən o məktublarısaxlayırdım. Ağdamda yandı getdi.
- Bu məşhurluq sizə problem yaratmadı ki? Yəni bəzənpopulyarlıq qazanmaq növbəti əsərləri yazmaqda çətinlik yaradır...
- Doğrudur. "Evləriköndələn yar” əsəri çap olunandan sonra bir müddət yazmaqdan soyudum. Aylarsonra "Ən xoşbəxt adam” povestini yazdım. "Ulduz” juranlında çap olundu. Bupovestdən sonra ard-arda hekayələr və povestlər yazdım.
- Şeir də yazmısınız... Bu nəsr əsərlərindən əvvəlolub, ya sonra?
- Mənim ilkyazım nəsr olub. Elə haqqında danışdığımız "Evləri köndələn yar” povesti. Əsasənhekayə, povest yazmışam. Arada şeirlər də yazmışam. Daha doğrusu, yazmamışam, əzbərimdəolub, dost-tanışa demişəm. Heç bir şeirimi qələmlə yazmamışam. Dostlarımınçoxusu onu kağıza almışdılar. Rasim Qaraca şeirlərimi yığıb "Alatoran”jurnalına vermişdi. Başqa bir dostum da "Ulduz” jurnalında məndən xəbərsiz çapetdirmişdi. Yəni həmişə dostlarımın sayəsində şeirlərim işıq üzü görüb.
- Gözəl şeirləriniz vardı. Niyə şeirlə davam eləmədiniz?
- Cavanvaxtının şeirləri idi. Qız aldatmaq, qızların könlünü almaq üçün şeirə başqoşmuşdum (gülüşmə).
- Şair olmaq istəmədiniz demək. Bildiyimə görə, evdəədəbiyyatçı olmağınızı istəmirlərmiş...
- Evdəkilərmənim həkim olmağımı istəyirdilər. Tibb Universitetinə sənədlərimi vermişdim.Kiçik dayımla buraxılışa gedəndə birdən ağlıma gəldi ki, məndən həkim olmaz,geri qayıtdım. Sənədlərimi ədəbiyyat fakütləsinə vedim. Evdə də bunun üstündədava düşdü. Amma mən ədəbiyyatı sevirdim. Ona görə də o fakültədə oxumaq istədim.Oxuya-oxuya da yazılar yazır, qəzetlərdə çap olunurdum.
- Çox erkən vaxtlardan yazmağa başlamısınız. Tez dəməşhurlaşmısınız. Hətta Komsomol mükafatını da sizə gənc yaşlarında veriblər. Omükafata görə bir az narazılığınız olub deyəsən.... Onun tarixçəsi necədi?
- Narazılıqdeyildi. Deməli, 1988-ci ildə "Günah” adlı kitabımı təqdim etdilər LeninKomsomol mükafatına. Mən də o mükafatı aldım. Mükafatı alandan sonra məndənmüsahibələr alırdılar. "Gənclər” qəzetindəki müsahibəmdə soruşdular ki,mükafatı almağa sevindinizmi. O zaman dedim ki, əgər bu mükafatı Ramiz Rövşəndən,Vaqif Bayatlıdan sonra alsaydım, çox sevinərdim. Onlar məndən istedadlıadamlardı, necə olur ki, mən alıram, onlar almır? Bir az da problem yaratmışdıbu sözüm.
- Aqil müəllim, sizi tanıyanlar, dostlarınız deyirki, o, çox koloritli, yumor dolu insandır. Hətta İradə xanıma (yazıçı, MəmmədArazın qızı İradə Tuncay nəzərdə tutulur – red) elçi getdiyinizdə rəhmətlik MəmmədArazla Füzuli üstündə münaqişə düşdüyü deyilir. Necə idi o əhvalat?
- Elə şeyolmayıb. Mən bir az qabartmışam. Biz Bayat kəndindənik, atamın da üç sevdiyişair var: Nizami Gəncəvi, Sabir, Səməd Vurğun. Atam bunları əzbər bilirdi.Deyirdi ki, o biriləri şeir yazıb. Onun üçün göydən gələn üç şair var idi, vəssalam.Deməli, elçilikdə də Füzuli söhbəti düşdü. Bir az mübahisə yarandı. Məmməd Arazda dedi ki, məndən qız almağa gəlmisiniz, yoxsa dava eləməyə? (gülür). Yəni sözündən belə çıxdı ki, məndən ədəbiyyatdavası eləyirsən?
- Ən məşhur romanınız "Dolu"dur. Həttaroman əsasında film də çəkilib. Müxtəlif rəylər aldınız, kimiləri çox təriflədi,kimiləri də tənqid etdi. Müsahibələrinizin birində demişdiniz ki, romanındetallarını siqaret qutularının üstünə yazmışam...
- O zamanTürkiyədə idim. Kağız tapa bilmirdim. Ya siqaret qutularının üstünə yazırdım,ya da qəzetin qırağına qeyd edirdim. Rəşad Məcidin gözünün qabağında olub bu. Rəssam"nabroska” eləyən kimi mən də beləcə xırda-xuruş qeydlər edirdim.
- Sonra o qeydlər romana çevrildi...
- Ağdamişğal olunandan o roman beynimdə idi. Ayrı-ayrı şeylər yazmışdım. "ÇadırdaÜzeyir Hacıbəyov doğula bilməz”, "Qiyamət gecəsi” və s. Hiss edirdim ki, buroman yavaş-yavaş içimə yığılır. Günlərin birində Elməddin adında bir döyüşçüilə çay içirdik. O mənə bir əhvalat danışdı. İki dost əsgər olub, dalaşıblar.Müharibədə biri ölüb, o birisi də bunu daşıyıb. Bu əhvalatı mənə danışdı, səhərisiromanı yazmağa başladım.
- Bəs nə vaxtsa müharibə mövzusuna təkrarqayıdacaqsınızmı? Bir dəfə demişdiniz ki, müharibə haqda cəmi 10 faiz yazmışam,hamısını yazsam, aləm dəyər bir-birinə. "Dolu”nun davamı olacaqmı?
- Davamıolmayacaq yəqin ki. Başqa bir mövzuda yaza bilərəm. Amma müharibə orda mütləqolacaq. Bilirsiniz, indi böyük həcmdə nəsr oxunmur. Daha yığcam formada nəsəyazmağı düşünürəm. İkincisi, sualınıza gələndə... Elə şeylər var ki, onlarıyazmaq olmur, aləm bir-birinə dəyə bilər. Adam hər bildiyini yazmaz. Bu olmaz.
- Aqil müəllim, sevimli yazıçınız Mirzə Cəlildir...
- Mirzə Cəlilstolüstü kitabımdır. Mən Mirzə Cəlil məktəbinin davamçısıyam. Mənim bütün əsərlərimdəironiya var. Bu da Mirzə Cəlildən gəlir. Ümumiyyətlə, düşünürəm ki, Mirzə Cəlili,Haqverdiyevi, Üzeyir Hacıbəyovu oxumayan heç vaxt yaxşı yaza bilməz. İndiki gəncyazarlar elə ancaq Den Braun, Kafka adı çəkirlər. Azərbaycan dilini bilmir buuşaqlar. Çünki bu dildə oxumayıblar. Yazdıqları da tərcümədən oxuduqlarıkimidir. Azərbaycan dilinin gözəlliyini, dərinliyini, incəliyini bilmirlər. Çağıraqbu dəqiqə gənc yazarların çoxusunu, görək nə qədər sinonim, antonim sözlər bilirlər.Bir cümlədə iki eyni sözü işlətməzlər axı. Hətta nəinki eyni sözü bir cümlədə. Həttabir abzasda da işlətməzlər. Bu yazıçı işi deyil. Amma onlar bilmirlər və bu səhvlərihəmişə təkrar edirlər. Biri cümlədə "müvəffəqiyyət” sözünü on dəfə yazır, bir dəfədə "uğur” yaz da...
- Oxuyursunuz gəncləri?
- Cavanlarındemək olar hamısını oxuyuram. Şərif Ağayar, Kəramət Böyükçöl, Aqşin Yenisey,Seymur Baycan, Ayxan Ayvaz, Oğuz Ayvaz, Eminquey sevdiyim imzalardı. Sizə birşey deyim. Gəncləri tənqid etmək olar, amma qolunu-qanadını qırmaq olmaz. Mənsadəcə dostcasına onlara iradımı demişəm...
- Postmodernizm haqda nə düşünürsünüz?
- Mən bilmirəmo postmodernizm nədir. Yazıçı yazısını yazar, onun janrını tənqidçi müəyyən edər.Yazıçı qarşısına məqsəd qoymaz ki, mən postmodern mətn yazacam. Bu mənim üçünanlaşılmaz bir şeydir.
- Sevirsiz o cür postmodern mətnləri?
- Xoşuma gələnlərolur. Məsələn, mənim üçün Azərbaycanda ən gözəl postmodernist yazıçı KamalAbdulladır. Azərbaycan ədəbiyyatından kənara da çıxa bilib və orda da qəbulolunub.
- Yazıçı və millət vəkili. Özünüzü daha çox hansısahədə hiss edirsiniz?
- Mənyazıçıyam. Millət vəkilli müəyyən dövr üçündür. Əslində şairlər, yazıçılar, rəssamlarmillət vəkilləridir. Millət vəkili iki cürdür: rəsmi, qeyri-rəsmi. Bu, şərəflibir addır.
- Aqil müəllim, son sualım: Nobel mükafatı qazanmaqistəyiniz olub?
- Nobelsiyasi mükafatdı. Heç bir azərbaycanlıya o mükafatı verməzlər. Məsələn, İsaHüseynova Nobel düşürdü, amma vermədilər. Mənə gəldikdə isə... Dünyaya çıxmaqüçün o qədər əlləşən adam deyiləm.
Digər Xəbərlər
jpg-1747398279.jpg)
Şıxovuzu Şikahoq edənlərin növbəti iftirası:" 60 ha meşəmizi..."

"Ağdam ilk gündən sona qədər döyüşdü, amma namərdlər çox idi"- Döyüşçü danışır
jpg-1747040745.jpg)
"PKK-nın ləğvi Türkiyə üçün 4 səbəbdən çox əhəmiyyətlidir" - MÜSAHİBƏ

Vitaminlər və minerallar nə dərəcədə vacibdir? - MÜSAHİBƏ

İlham Əliyev Vyetnam agentliyinə müsahibə verdi

Azər Badamov Rusiyadan deportasiyasından DANIŞDI - 4 saatdan sonra məni...
jpg-1746519948.jpg)
"Zimistan ay Zimistan, mənəm gəlmişəm qardaş, hardasan?" - MÜSAHİBƏ
