İmza günü...
Oktyabrın 6- da " Bakı Ekspo Mərkəzi" ində millət vəkili, istedadlı yazıçı -publisist İmamverdi İsmayılovun İmza günü keçirilib.
Təbii ki, bu günü onun böyük ədəbi hadisə yaratmış və kitab şəklində çap edilmiş " Bayquş və Qarovulçu" hekayəsi ilə bağlı idi.Bu kitabda hekayə ilə yanaşı, ayrı- ayrı tanınmış alimlərin , ziyalıların , yazıçı və jurnalistləri əsər barəsində düşüncələri , fikir və baxışları toplanıb. Bununla yanaşı, İmamverdi İsmayılovun Real TV - yə verdiyi çox səmimi və orijinal müsahibəsi də kitaba daxil edilib.Bir sözlə, bəşəri dəyərlərə xidmət edən bu hekayə insanların içində ümid işığı yandırır və bəşəriyyəti insanlığı ölməyə qoymamağa səsləyir. İmza günündə millət vəkilləri, ziyalılar, yazıçılar və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
İmza günün aparıcısı akademik Nizami Cəfərovu qeyd etdi ki, " Bayquş və Qarovulçu " müasir dövrümüzün ən böyük ədəbi hadisədir. Və millət vəkili İmamverdi İsmayılov bu hekayəni qələmə almaqla tam fərqli bir əsər yaradıb. İmza günündə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, BDU- nun professoru Cahangir Məmmədli, millət vəkilləri Ziyafət Əsgərov, Zahid Oruc, yazıçı Seyran Səxavət, Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli və başqaları İmamverdi İsmayılovun bədii yaradıcılığına yüksək dəyər verdilər.
Onlar qeyd etdilər ki, bu hekayə ədəbi hadisə yaratmaqla yanaşı, bir daha İmamverdi müəllimin necə böyük şəxsiyyət və səmimi ziyalı olduğunu təsdiq edir. Yazıçı Elçin Hüseynzadə dedi ki, " Bayquş və Qarovulçu" hekayəsi türk dilinə tərcümə olunub, çox gözəl. Yaxşı olar ki, bu hekayə inglis, alman , fransız, ispan və rus dillərində tərcümə edilsin! Bax onda Avropa oxucuları da görəcək ki, Azərbaycan ədəbiyyatında da böyük yazıçılar var.
İmza günün sonunda millət vəkili, istedadlı yazıçı - publisist İmamverdi İsmayılov çox səmimi çıxış etdi. O dedi ki, bura gələn millət vəkillərinə, dostlara, qələm yoldaşlarıma, bir sözlə, bütün iştirakçılara minnətdarlığımı bildirirəm. Axırda müəllifin imzası ilə yeni çap edilmiş" Bayquş və Qarovulçu" kitabı tədbir iştirakçılarına paylandı!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
06 Dekabr 2025 18:29
Bəxtiyar Vahabzadə yaradıcılığında Səməd Vurğun obrazı
06 Dekabr 2025 13:58
Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olundu
06 Dekabr 2025 09:26
“Bu ədəbiyyatdan bixəbərlər mədəniyyətsiz və nankordurlar...”
05 Dekabr 2025 18:10
Seyid Əzim Şirvaninin 190 illik yubileyi keçirildi
05 Dekabr 2025 12:47
Niyə yəhudilərdə milliyət ana xətti ilə müəyyən edilir? - Murad Köhnəqala yazır
04 Dekabr 2025 13:33
Bitməyən komediyaya sözardı və ya “Gülçöhrə və Əsgər” pyesinə yazılan ağı... - Esmira İsmayılova yazır
04 Dekabr 2025 12:39
Həyat imtahandır və ya nə yaxşı ki, yaxşılar var
03 Dekabr 2025 16:16


Bakı -°C

