“ABŞ-Türkiyə münasibətləri yeni dünya siyasi düzənində daha strateji xarakter alacaq”
“ABŞ-Türkiyə strateji əməkdaşlığı yeni mərhələdə NATO-nun Türkiyədə keçirilən zirvə toplantısında ABŞ Prezidenti Donald Trampın iştirakı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı ikitərəfli danışıqlar, təbii ki, Vaşinqton-Ankara münasibətlərində yeni mərhələnin başlanğıcıdır”.
Adalet.az xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, xüsusilə ABŞ-nin Türkiyəyə qarşı tətbiq etdiyi bəzi sanksiyaların aradan qaldırılması, CAATSA məhdudiyyətlərinin yumşaldılması, Türkiyənin F-35 proqramına qayıdışı və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı əldə olunan razılaşmalar iki ölkə arasında hərbi-strateji əməkdaşlığın dərinləşdiyini göstərir:
“Göründüyü kimi, ABŞ Yaxın Şərq siyasətində Türkiyənin roluna daha çox önəm verməyə başlayır və regionda əsas strateji tərəfdaşlardan biri kimi Ankaraya üstünlük verir. İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyənin F-35 proqramına qayıdışına və regionda rolunun genişlənməsinə qarşı çıxmağa çalışsa da, Vaşinqtonun bu məsələdə İsrailin mövqeyini qəbul etməyəcək. Düşünürəm ki, ABŞ-Türkiyə münasibətləri yeni dünya siyasi düzənində daha strateji xarakter alacaq. Tərəflər Yaxın Şərqin təhlükəsizliyi, enerji və nəqliyyat layihələri, həmçinin regional sabitliyin qorunması istiqamətində daha sıx əməkdaşlıq edəcəklər. Bununla yanaşı, Cənubi Qafqaz, Mərkəzi Asiya və Qara dəniz hövzəsi üzrə də ABŞ-Türkiyə strateji əməkdaşlığının genişlənməsi gözlənilir. Bu proses eyni zamanda Rusiyanın regiondakı təsir imkanlarının məhdudlaşmasına gətirib çıxara bilər. Türkiyənin həm regional, həm də beynəlxalq müstəvidə geosiyasi çəkisinin artması ilə nəticələnəcək. ABŞ üçün Türkiyə daha etibarlı və önəmli strateji tərəfdaşa çevrilməkdədir.Təbii ki, bu tendensiya Azərbaycanın milli maraqlarına da uyğundur. Xüsusilə enerji və nəqliyyat layihələri, o cümlədən Zəngəzur dəhlizi və digər regional təşəbbüslər baxımından ABŞ-Türkiyə-Azərbaycan əməkdaşlığının yeni səviyyəyə yüksəlməsi üçün əlavə imkanlar yaranır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
09 Iyul 2026 11:08
"Delimitasiya prosesində eksklav kəndlər məsələsi həllini tapacaq" - Nazir
09 Iyul 2026 10:40
Tramp-Zelenski görüşünün pərdəarxası
09 Iyul 2026 10:18
Ceyhun Bayramovdan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
09 Iyul 2026 10:10
“Rusiya üçün ölüm hökmü olan bu qərarların Kremldə...”
08 Iyul 2026 15:47
Azərbaycan və Əlcəzair arasında Birgə Komissiyanın tərkibi təsdiqlənib
08 Iyul 2026 14:51
NATO-nun Ankara sammiti Türkiyəni dünya gücünə çevirdi – TƏHLİL
08 Iyul 2026 14:50
ABŞ-İran memarandumunu SEPAH pozmağa çalışır - Politoloq
08 Iyul 2026 11:47


Bakı -°C

