adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 May 2020 19:24
57438
LAYİHƏ

ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV VƏ ANA DİLİ MƏSƏLƏLƏRİ

Bəhs açdığımız "Ədəbidilimiz haqqında" əsərində Azərbaycanda ədəbiyyatın və mətbuatın keçdiyiinkişaf yoluna dərindən nəzər salan ədib kitabların dilindəki ədəbi qüsurlarında hədsiz dərəcədə olmasını faktlarla sübut edir. Və bu qüsurların Azərbaycandilinin ədəbiləşməsinə, ədəbi dil normalarının sabitləşməsinə mənfi təsir göstərdiyiniqeyd edir.

Müxtəlif fənnlər üzrə anadilində dərsliklərimizin olmaması, həmçinin dilimizlə bağlı dərs vəsaitlərinin,dilimizin morfoloji quruluşunu, sintaksisini əks etdirən qrammtika dərsliklərininyoxluğu onu narahat edir və "Xalq Maarif Komissarlığı yanında, yaÜmumittifaq Akademiyasının Azərbaycan şöbəsində xüsusi bir təşkilat, Azərbaycantürk lisanı üçün mükəmməl sərf-nəhv və əbədi dil yaratmaq üçünqurulmalıdır" təklifini irəli sürməkdən çəkinməmişdir. O, təhsil sahəsindəkidil problemlərini bir pedaqoq kimi dolğun şəkildə təhlil etdərək maarifçiliyinalovlu təbliğatçısına çevrilmişdir.

XIX əsrin sonu XX əsrin əvvəllərindəAzərbaycan ictimaiyyəti üçün dil quruculuğu məsələsi ana dili probleminin əsasıolsa da, nəticə etibarilə ədəbi dil normalarının müəyyənliyinə xidmət etdiyindənəlifba mübahisələri də geniş mədəni siyasi dairələri əhatə edir. Ərəb əlifbasınınAzərbaycan dilinin fonetik sisteminə uyğunsuzluğunu M.F.Axundovun əməli şəkildəqaldırmasını təqdir edən Ə.Haqverdiyev"Mirzə Fətəli və ərəb əlifbası" məqaləsində M.F.Axundovun bu əlifbanıhəyata keçirmək üçün gördüyü işlərdən ətraflı danışır, onun bu təşəbbüsününtarixi əhəmiyyətini izah edir. Ərəb əlifbasının çətinliklərindən, onun bu əlifbanıdəyişmək uğrundakı mübarizəsi haqda belə yazır: "Ərəb əlifbasının türk vəfars dillərinə uyğun olmaması hamıya aydındır. Həmçinin bu əlifbanın öyrənilməsi,onunla yazmaq və xüsusən bu əlifba ilə yazılmış kitabları oxumaq nəinkiçocuqlar, hətta savadlı şəxslərin çoxları üçün bir çətin məsələdir. Buna da ənböyük səbəb hürufi-müsəvvitənin yazılmamasıdır". Böyük ictimai xadim Ə.Haqverdiyevkonkret misallarla izah edir ki, saitləri əvəz emək üçün hərflərin altında vəüstündə qoyulan işarələr olmadıqda bu əlifba ilə yazılmış mətnləri oxumaq dahada çətinləşir.

Ə.Haqverdiyevin "Böyükislahat" adlı məqaləsi də əlifba məsələsinə həsr olunan maraqlı yazılardanbiridir. Burda o, türk dillərinin qədim abidələri ilə bağlı tədqiqatlarıyaxından izləmiş, türkoloji ədəbiyyatla yaxından tanış olmuşdur. Ardıcıl vəsistemli təhlillərdən sonra "Latın əlifbasının altı illiyi münasibətilə"məqaləsində türk əlifbalarının keçdiyi tarixi inkişaf yolunu təhlil etmişdir.

Yeni-yeni bədii əsərləryazmaqla bərabər pedaqoji sahədə də uğurlu fəaliyyət göstərən Ə.Haqverdiyev AzərbaycanDövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisi ilə məşğulolmuşdur. O, bu sahədə də ədəbi dilin inkişafına mane olan çətinlikləri aradanqaldırmaq üçün ciddi müzakirələr aparır, Azərbaycan dilinin tədqiqi və tətbiqiüçün zəmin yaradan təkliflər irəli sürmüşdür.Maarif, mədəniyyətin inkişafında ölkənin qabaqcıl ziyalılarını səfərbəretməkdə mütümadi çıxışlar etmiş, təqdirəlayiq işlər görmüşdür.

Ə.Haqverdiyev Azərbaycandilinin bəzi sahələrinə dair ilk elmi əsərlər də yazmışdır. 1926-cı ildə yazdığıN.İ.Aşmarinin "Nuxa şəhəri türk xalqı şivələrinə bir nəzər" adlıkitabı dialektologiya sahəsində ilk qiymətli əsərlərdən biridir.

Ə.Haqverdiyev bədii tərcümə məsələlərinəmədəni inkişafın mühüm hissəsi kimi baxmışdır. Mədiniyyətlərarası qarşılıqlıinkişafa xidmət edən bu işə də öz töhfələrini vermişdir. Belə ki, Ə.HaqverdiyevŞekspirin "Hamlet", Şillerin "Qaçaqlar", Volterin"Soltan Osman", Zolyanın "Qazmaçılar", Andersenin"Bülbül", "Şahın təzə libası", Lanskoyun "Qəzəvat",Çirikovun "Yəhudilər", Korolenkonun "Qoca zəng çalan" əsərlərinidilimizə tərcümə etmişdir. O, tərcüməçilik işinə çox ciddi və məsuliyyətləyanaşmışdır. Onun tərcümə əsərlərinin dili öz milli ruhunu saxlamaqla, Azərbaycanədəbi dilinin də zənginliklərini özündə əks etdirməkdədir.

Ə.Haqverdiyev istər elmi-nəzərifikirləri, istərsə də bədii nəsr nümunələri, publisistik məqalələri ilə Azərbaycanədəbi dilinin düzgün istiqamətdə inkişafına, ana dilinin saflığının qorunması məsələlərinəkömək etmişdir. Son olaraq qeyd edək ki, milli ədəbi dilimizin sürətli inkişafıdövrünün görkəmli nümayəndəsi olan Ə.Haqverdiyev Azərbaycan ədəbi dilininvarlığını şübhə altına alanlara qarşı mübarizədə fəal mövqe nümayiş etdirir. O,həmçinin xalq dilini dərindən bilir, bəzi mətbuatın zərərli meyillərinəbaxmayaraq, öz əsərlərin geniş xalq kütləsinin dilindən süzülüb gələn söz vəifadələr, ana dilinin zəngin təbii imkanları əsasında yaradırdı. Ə.Haqverdiyevöz yazılarını nə müasiri olduğu bəzi ədəbiyyat adamlarının dilinə, nə də mövcudmətbuatın dilinə uyğunlaşdırmağa çalışmamış, əksinə mətbuat dilini öz üslubunauyğunlaşdırmağa cəhd etmişdir. Milli dili xəlqi zəmindən ayırmağa çalışan qəzetvə jurnalların qarışıq dilinə qarşı mübarizə aparmış, demək olar ki, öz dili,öz üslubu ilə mövcud mətbuatın arasında sədd çəkmişdir. Ədibin orijinal bədiidilinin və orijinal üslubunun başlıca məziyyəti ümumxalq canlı dilinə yaxınlıqvə yad dillərin təsirinə məruz qalmamış xəlqi bir dil olmasıdır. Öz xalqınıdaim mədəni oyanışa və tərəqqiyə səsləyən, sadə xalq adamlarının arzu və istəkləriniəsərlərinin mövzu və ideyasına çevirən yazıçı real həyat həqiqətlərini bədiiruhla dolğun şəkildə əks etdirmişdir. Onun canlı həyat lövhələri ilə son dərəcəzəngin hekayələri ümumxalq danışığı, xalq dilinin hikmət xəzinəsi daha da zənginginləşdirir.Bu cür xəlqiliklə yoğrulan əsərləri nəsr tariximizin ən qiymətli nümunələrisırasında xüsusi yer tutur.

Yuxarıdakı qeydlərimizdən beləaydın olur ki, Azərbaycan tənqidi realizminin qocaman nümayəndəsi olan Əbdürrəhimbəy Haqverdiyevin yaradıcılığında ədəbi dil məsələsi və doğma ana dilimizin,ümumxalq danışıq dilinin zəminində Azərbaycan ədəbi dilinin formalaşmasının tərəfdarıolduğunu təkidlə ifadə etmişdir. 1933-cü ildə "Molla Nəsrəddin"haqqındakı xatiratım" yazısında "jurnalın dili haqqında çoxdanışıqlar oldu" və s. bu kimi sağlam ədəbi dil uğrunda mübarizədə məsləkdaşıvə qələmdaşı böyük yazıçı Mirzə Cəlil Məmmədquluzadənin mövqeyindən çıxışetmiş, hər daim "Molla Nəsrəddin" ədəbi məktəbinin nümayəndələri tərəfindədayanmışdır. Azərbaycan ədəbi dilini rəsmi dövlət dilinə çevirmək, ədəbi dilprobleminin müzakirəsinin keçirildiyi bütün tədbirlərdə birmənalı mövqe nümayişetdirmişdir.


Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.