Əbülfət Mədətoğlu: Çatmadı...
Ürəyimi kiritməyə
Gözümün yaşı çatmadı...
Həsrətimi üyütməyə -
Dəyirman daşı çatmadı...
Qaranlıq çökdü gözümə,
Kül pərdə çəkdi közümə...
Bir ümid qoşdum özümə -
Yaşıma yaşı çatmadı...
Əbülfət qumun ələdi...
Qatqıya, suya bələdi...
Hörüb Daş adam elədi -
Düşünən başı çatmadı...
Digər Xəbərlər
26 Dekabr 2024 11:44
Əbülfət Mədətoğlu: Dünya...
26 Dekabr 2024 11:10Xatirə körpüsü - yazdı Əbülfət Mədətoğlu
26 Dekabr 2024 10:21"İslanmaqdan qaçmayanlar" - Pərvanə Bayramqızı yazır
25 Dekabr 2024 14:01Hüseyn Arif - Dastan ömrü yaşayan şair
24 Dekabr 2024 18:08