14 Noyabr 2024 15:12
839
ƏDƏBİYYAT

Əbülfət Mədətoğlu: «Sazla havalıyam, sözlə diriyəm»

Təkcə ədəbiyyat adamları deyil, bütün Azərbaycan, eləcə də türk dünyası onu tanıyıb, tanıyır, sevib və sevir. Çünki o, od-alov idi. Sazı sinəsinə sıxanda… mikrafonu əlinə götürəndə… söhbətə başlayanda ...bir anın içərisində hamının diqqətini  özünə yönəldirdi... Onda elə bir ilahi vergi var idi ki, adamı sorğusuz- sualsız, izinsiz-  filansız öz aurasına çəkə bilirdi…öz dinləyicisinə, tamaşaçısına çevirə bilirdi. Səsi o qədər yatımlı idi ki, radio dalğasında yayılan kimi dərhal diqqətini toplayırdın və bilirdin ki, bu səsin sahibi sevdiyin Zəlimxan Yaqubdur!

Həyatda ustadımla çox görüşlərim olub, evində , yaradıclıq otağında , ziyafətlər də, tədbirlər də. Ən çox da çalışdığım «Ədalət» qəzetindəki iş otağımda.  Hər gəlişində özü ilə bir özəl dünya gətirirdi mənə. Məsləhəti ilə, söhbətləri ilə. Hətta bəzən səmimi danlaqları ilə də, iradları ilə də məni yaxşıca tənbeh edirdi. Bu, onun içdən gələn və təmənna ummayan böyük İNSANLIĞI idi, QARDAŞLIĞI idi. Nədənsə, hansısa məqamdansa incikliyimi, küsməyimi duyan kimi özünəməxsus bir şəkildə deyirdi:

- Əbülfət, bunlar nədir ki. Mənim gördüklərimin, yaşadıqlarımn    yanında… axı sən mənim həyatıma bələdsən. Ona görə boş ver. Çalış bildiyini, ürəyin istəyəni bacardığın kimi ifadə elə. Və bir də, sən yaxşılığından qalma. Qoy namərd öz namərdliyini etsin. Gec-tez düz əyrini kəsir!..

Bəli, belə deyirdi Zəlimxan Yaqub mənə. Və  kitablarıma, şeirlərimə münasibət bildirirdi. Özü də yazılı şəkildə. Günümdən, güzəranımdan xəbərdar olduğundan hətta maddi dəstək də verirdi mənə.  Qaçqınlığın problemlərini yaxşı bildiyindən “ İnşallah çıxacağın  bu dərdlərdən” - deyirdi,” Bir az da dözmək lazımdı “ - söyləyirdi. ..

Masamın üstündə bir kitab var. Bu kitabın nəşr tarixi 2003-cü ilə aiddi. Bilmirəm, necə olubsa, bugünə qədər bu kitab diqqətimdən kənarda qalıb və iki gün öncə metronun «20 Yanvar» stansiyasında Elnur Aslanbəyli ilə rastlaşdım. Ötən günlərdən söhbət etdik … Söz-sözü çəkdi və ustadı da xatırladıq. Görünür, xatirələrin baş qaldırması öz təsirini göstərdi və mən də ustadın işıq üzü görən bütün kitablarını yerləşdirdiyim rəfdə təsadüfdən bu kitabla qarşılaşdım. Öncədən deyim ki,    kitabın müəllifləri də könül dostlarım olduğundan elə onlar da mənim əlimdən tutdular. Bir neçə saat ərzində bu kitabı təkrar-təkrar vərəqlədim, oxuduğum fikirlərin işığında getdim ustadın ziyarətinə…

Kitabın müəllifləri Azərbaycanın çox böyük ədəbiyyat adamı, professor Rüstəm Kamal və sözü söz adamlarının çoxundan üstün bir səviyyədə duyan, incələyən, ona nəfəs, qan verən, cana gətirən Ramiz Göyüşdü. Kitabın Ön sözünün müəllifi də Azərbaycanın dəyərli alimi akademik, professor Nizami Cəfərovdur. Nizami müəllim Ön sözündə vurğulayır ki, «hər iki müəllif Zəlimxan Yaqubu araşdırmaqla aid olduqları xalqı öyrənirlər». ..

Məncə bu bir cümlə həm müəlliflərin, həm araşdırdıqları  böyük  şairin, həm də bütövlükdə kitabın canlı və birbaşa təqdimatıdı. Bu o deməkdir ki, oxucunun əlindəki kitab Azərbaycan xalqının folklorunu, iç dünyasını incələyir, göstərir, tanıdır, öyrədir.   Bu kitaba öz duyğularını hopduran, öz xeyir-duasını bəyan edən, unudulmaz və çox dəyərli yazarımız Arif Əmrahoğlu da vurğulayıb ki, «qan yaddaşında irili-xırdalı hər bir itki özümüzü özümüzə qaytaran yolu daha da uzatmaqla tədricən varılmazlaşdırır. Zəlimxan Yaqub dilində kişisözü ilə, əlindəki sazı ilə özümüzü, özümüz olaraq qalmaqla varılmaz sabahların naməlumluqlarına aparan qan yaddaşımızın bir parçasıdır».

 Zənnimcə bu, mübaliğəsiz və mübahisəsiz reallıqdır. Bununla  həmin reallığın altından imza atan Arif Əmrahoğlu bizə bir daha Zəlimxan Yaqub kimliyini göstərib, tanıdıb.

Mən kitabda bir məqamın da şahidi oldum. O da Ramiz Göyüşün Zəlimxan Yaquba olan özəl münasibətinin ifadəsidir. Yəni Ramiz Göyüş dövlət qulluğunda, yəni  məmur olduğu halda belə , bir vətəndaş kimi Zəlimxan Yaqub sözünün, sazının dəyərini, mahiyyətini və layiq olduğu yeri böyük ürəklə görüb  və  dilə gətirməkdən də çəkinməyibdi. Ona görə də kitabda yer alan söyləmələrin hər biri mənə görə Dədə Qorqud boyları kimidir. Dastanlarımızın bir qoludu, saz və söz sənətimizin bir fəslidi… Əgər belə demək mümkündürsə, bu söyləmələr xalq şairinin oxucu tərəfindən, araşdırmaçı tərəfindən sapa düzülən mərhələləri, məqamları, anlarıdı. Oxuduqca özündən asılı olmadan həm poeziyanın və sazın ilahi gücünə baş əyirsən, həm də ustadın gerçək həyatda çevrəsində olan, eləcə də özünün çevrəsində olduğu böyük və unudulmaz saz, söz adamların  -  aşıqları, şairləri yenidən kəşf edirsən, yenidən tanıyırsan.

Bəli, kitabdakı şəkillərin, fotoların özləri də danışır oxucu ilə. Onlar da , mənə  görə,  sözlü şəkillərdi. Və mən bunu dilə gətirməklə demək istəyirəm ki, dostlarım Rüstəm Kamal və Ramiz Göyüşün  çox maraqlı üz qabığı rəsmi ilə bizlərə təqdim etdiyi bu kitab həm də Zəlimxan Yaqub yaradıcılığına bir fikir abidəsidi, bir xatirə çələngidi. Ona görə də,  şəxsən məni bu xatirələr ustadın ruhu qarşısında susub, onun ruhunu dinləməyə köklədi. Həmişə bizimlə olan ruhuna, salam olsun, Ustad!

«Sazla havalıyam, sözlə diriyəm»