Ərdoğan Putinlə Dağıstandakı terroru müzakirə etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Adalet.az xəbər verir ki, Ərdoğan telefon danışığı zamanı Dağıstanda törədilən terror aktını qətiyyətlə pisləyib. O, Rusiya xalqı ilə həmrəy olduğunu bildirib, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və bütün xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
Vladimir Putin başsağlığı və dəstəyə görə təşəkkür edib. Liderlər antiterror zonasında əməliyyatların sıx əlaqələndirilməsini davam etdirmək barədə razılığa gəliblər.
İyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti də daxil olmaqla, gələcək şəxsi təmaslar barədə razılıq əldə olunub.
Digər Xəbərlər
28 Sentyabr 2024 23:43
Razılıq verməsək, Türkiyə bunu edə bilməz - Lavrov
28 Sentyabr 2024 22:47Fidan: Blinkenlə Bakı-İrəvan sülhündən danışdım
28 Sentyabr 2024 20:53Üç il əvvəl Azərbaycana hədə-qorxu gələn İran generalı öldürüldü
28 Sentyabr 2024 20:12Dağıstanda yanacaqdoldurma məntəqəsindəki yanğın söndürülüb
28 Sentyabr 2024 19:07